|
|
Azərbaycanda dövlət hüzr mərasimlərində ehsan verilməsi qaydasına nəzarət edəcəkAzərbaycanda dövlət hüzr mərasimlərində ehsan verilməsi qaydasına nəzarət edəcək.Bununla bağl qərar dövlətin rəhbər strukturunda verilib.
Məqsəd yas mərasimlərində israfçılıq hallarının qarşısının alınmasıdır.
Hökumət bununla bağlı konkret standartlar - menyu müəyyənləşdirib.
Ahlibeyt.az-ın Aznews-a istinadən verdiyi xəbərə görə bundan sonra yas mərasimlərində israf qida məhsullarının verilməsinə qadağa qoyulub. Hüzr məclislərində süfrədə yalnız çay və qənd olacaq. İstisna hal kimi xurmanın olmasına məhdudiyyət qoyulmayacaq.
Ötən bir neçə gün ərzində rayon icra hakimiyyətləri başçılarının 1-ci müavinlərinin sədrliyi ilə inzibati ərazilər üzrə toplantılar keçirilib. Yerli din xadimlərinə, axund və mollaların diqqətinə çatdırılıb ki, məclislərdə qoyulan təlimatlardan kənara çıxılması hallarının qarşsının alınması üçün üzərilərinə düşən tədbirləri həyata keçirsinlər.
Dövlət qurumlarının yeni əmrə görə, dini sahəyə nəzarət edən bu nümayəndələri yerli ruhaniləri bununla bağlı məlumatlandıraraq, dövlətin əmrini yerlərə çatdırılmasını tələb ediblər.
Ehtimal olunur ki, yas məclislərində israfçılığın qarşısının alınması üçün inzibati tədbirlərə də əl atılacaq.
Onu bildirək ki, bizə çatan bilgilərə görə, bu qadağa yalnız yas mərasimlərində açılan ehsan süfrələrinə aiddir. Digər dini əlamətdar günlər, o cümlədən Ramazan ayı, Məhərrəm ayı mərasimləri, həmçinin şəhidlər üçün açılan ehsan süfrələrinə qadağa qoyulmayıb.
Xatırladaq ki, Azərbaycan dövləti regionda və dünyanın bir sıra bölgələrində baş verən milli, dini və məzhəbi qarşıdurmaları əvvəlcədən önləmək, profilaktik tədbirlər görmək, problemlərin maarifləndirmə yolu ilə həllinə nail olmaq məqsədilə yerlərdə konkret addımlar atılmasına qərar verib. Artıq ölkədəki dini və milli məsələlərin, bu sahədə yarana biləcək problemlərin həlli üçün idarəçilik mexanizmi yenilənib.
Yeni qərara əsasən, dövlətin bu sahəyə məsul olan qurumları prosesin yalnız mərkəzdən deyil, birbaşa rayon icra hakimiyyətləri səviyyəsində həlli ilə məşğul olacaqlar. Elə buna görə də rayon icra hakimiyyətlərində Dini Məsələlər üzrə Komissiyalar yaradılıb. Komissiyalara sədrlik isə rayon icra hakimiyyətlərinin 1-ci müavinlərinə həvalə edilib. Rayonlardakı komissiyalar bu istiqamət üzrə işlərini yeni yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə əməkdaşlıq sayəsində həyata keçirəcəklər. Ümumi nəzarət isə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullaya tapşırılıb. Yeni yaradılan komissiya sədrləri bir başa ona tabe olacaq.
Komissiyaya bu sahədəki nöqsanlara reaksiya vermək və problemləri aradan qaldırmaq səlahiyyətləri də verilib.
Qeyd edək ki, artıq bir neçə ildir Naxçıvan Muxtar Respublikasında və ölkənin bir neçə rayonunda ərazi üzrə rəhbər şəxslərin və ruhanilərin şəxsi təşəbbüsü ilə ehsab süfrələrində israfçıləığın qarşının alınması üçün buna bənzər qərarlar verilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Avqust, 2014 11:31 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |