إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dövlət Komitəsi- Zərərli dini ədəbiyyatların aşkar edilməsində azalma tendensiyası müşahidə edilir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ölkə ərazisinə idxal olunan, eləcə də ölkədə istehsal olunan bütün dini ədəbiyyatların ekspertizasını həyata keçirir.

Aparılan ekspertizaların nəticələrinə görə, ölkə ərazisində zərərli hesab olunan dini ədəbiyyatlar aşkaq olunaraq onların yayılmasının qarşısı alınır. Lakin əvvəlki illərə nisbətən ölkə ərazisində zərərli dini ədəbiyyatların aşkar edilməsində azalma tendensiyası müşahidə edilir.

Ahlibey.az-ın verdiyi xəbərə görə bunu Dövlət Komitəsinin Dinşünaslıq eskpertizası, ictimai əlaqələr və analitik təhlil şöbəsinin müdir müavini Əliheydər Zülfüqarov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Dövlət Komitəsi bu istiqamətdə fəaliyyətini dayanmadan davam etdirir.

DQİDK rəsmisi qeyd edib ki, cəmiyyətdə istənilən dini dünyagörüşə hörmətlə yanaşılmalıdır. Lakin antihumanist hərəkat olarsa, hamı ona qarşı birləşməlidir: "Dövlətin məqsədi cəmiyyətdə xoş münasibətlərin, dinlər, dini qurumlar və icmalar arasında yüksək səviyyədə tolerantlıq münasibətlərinin yaranmasıdır. Azərbaycan xalqının tolerantlıqla bağlı öyünəsi çox məqamları var. Tolerantlıq müxtəlif dinlərə, müxtəlif təfəkkür tərzinə malik insanlara dözümlü yanaşmaqla yanaşı, hər bir fərdin özünün dünyagörüşünə hörmətlə yanaşmaqdır. Kimsə zorakılığı, qarşıdurmanı təbliğ edirsə, cəmiyyət olaraq belə şəxslərə, cərəyanlara qarşı birləşməliyik. Antihumanist, antitolerant, mühitə təsir göstərən mənfi tendensiyaların mübarizəsində birləşməliyik".

Ə.Zülfüqarov əlavə edib ki, bu sahədə dini maarifləndirmənin aparılması, özü də düzgün metodlarla aparılması çox vacibdir. Çünki maarifləndirmə düzgün aparılmadıqda bu, cəmiyyətdə müəyən fəsadlara gətirib çıxara bilər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Avqust, 2014  15:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!