|
Kamal Abdullaya əlavə səlahiyyətlər verildi - QƏRAR Azərbaycan dövləti regionda və dünyanın bir sıra bölgələrində baş verən milli, dini və məzhəbi qarşıdurmaları əvvəlcədən önləmək, profilaktik tədbirlər görmək, problemlərin maarifləndirmə yolu ilə həllinə nail olmaq məqsədilə yerlərdə konkret addımlar atılmasına qərar verib. Artıq ölkədəki dini və milli məsələlərin, bu sahədə yarana biləcək problemlərin həlli üçün idarəçilik mexanizmi yenilənib.
Ahlibeyt.az-ın aznews.az-a istinadən xəbər verir ki, yeni qərara əsasən, dövlətin bu sahəyə məsul olan qurumları prosesin yalnız mərkəzdən deyil, birbaşa rayon icra hakimiyyətləri səviyyəsində həlli ilə məşğul olacaqlar. Elə buna görə də rayon icra hakimiyyətlərində Dini Məsələlər üzrə Komissiyalar yaradılıb. Komissiyalara sədrlik isə rayon icra hakimiyyətlərinin 1-ci müavinlərinə həvalə edilib. Rayonlardakı komissiyalar bu istiqamət üzrə işlərini yeni yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə əməkdaşlıq sayəsində həyata keçirəcəklər. Ümumi nəzarət isə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullaya tapşırılıb. Yeni yaradılan komissiya sədrləri bir başa ona tabe olacaq. Komissiya üzvləri kənd və qəsəbələrdə, ərazi üzrə dini və milli icmalarda görüşlər, tədbirlər keçirəcək. Komissiyaya bu sahədəki nöqsanlara reaksiya vermək və problemləri aradan qaldırmaq səlahiyyətləri də verilib. Bu məlumat əlaqə saxladığımız rayon icra hakimiyyətlərinin birinci müavinləri tərəfindən də təsdiq edilib. Beyləqan rayon İcra hakimiyyətinin birinci müavini Telman Məstanov isə məlumatı təsdiqləməklə yanaşı, artıq işlərə start verildiyini bildirib. Onun sözlərinə görə, yeni yaradılan komissiya üzvləri ilə birgə rayondakı məscid və ümumən ibadət ocaqlarında görüşlər keçirilir, dini icma üzvləri ilə əlaqələr genişləndirilir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Avqust, 2014 13:42 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |