|
Mübariz Qurbanlı - "Сon Kerrinin Azərbaycanda dini təhsillə bağlı fikirləri həqiqətdən uzaqdır"“Azərbaycanda dini problemlər mövcud deyil. ABŞ Dövlət Departamentinin hesabatları yoxlanılmamış faktlara söykənir. Onlar bu hesabatı Azərbaycan Respublikasında vətəndaşların dini hüquqları ilə bağlı vəziyyəti təhrif etmək məqsədi ilə hazırlayırlar”.
Komitə rəhbəri Con Kerrinin hesabatının keçənilki olduğunu da vurğulayıb. Mübariz Qurbanlı vurğulayıb ki, belə hesabatlara etibar etmək olmaz. Məscidlərlə bağlı ABŞ xarici siyasət idarəsinin yazdıqlarına gəlincə, Mübariz Qurbanlı bunun da mötəbər olmayan mənbələrdən əldə edildiyini bildirib. Qeyd edək ki ABŞ-ın Dünyada Dini Azadlıqlar üzrə Komissiyasının illik hesabatında Azərbaycan tənqid edilib. Məruzədə Azərbaycanda dini motivlərlə 51 nəfərin həbs edildiyi bildirilib. Bununla yanaşı, Azərbaycanda dini icmaların fəaliyyətinə məhdudiyyətlər qoyulduğu, daha çox Azərbaycandakı şiələrin guya təzyiqə məruz qaldıqları vurğulanıb. Xatırladaq ki, hesabat 2013-2014-cü il aprel ayı üçün olan dövrləri əhatə edir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 İyul, 2014 21:18 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |