|
|
Astarada dini və mənəvi dəyərlərin qorunması ilə bağlı konfrans keçirilibAstarada dini və mənəvi dəyərlərin qorunması və qadağan olunan dini təriqətlərin təbliğatının qarşısının alınması ilə bağlı “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilib. Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, konfransı açan DİN baş ictimai təhlükəsizlik idarəsinin rəis müavini, polis polkovnik leytenantı Hikmət Eyvazov ölkənin dini və milli toleratlıq baxımından qonşu dövlətlər arasında liderlik etdiyini bildirib. Polkovnik leytenant, radikal yönümlü təriqətlərin, sektaların, müxtəlif icmalar və ayrı–ayrı şəxslər tərəfindən dini ayrıseçkilik və ədavətin salınmamasının, dözümsüzlük ideyalarının yayılmasının yolverilməzliyi, belə halların qarşısının alınması məqsədilə DİN tərəfindən görülən işlər daim diqqət mərkəzində saxlanıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Astara rayon polis şöbəsinin rəisi, polis polkovniki Adil Həsənov çıxış edərək, rayon ərazisində hər bir şəxsin konstitusion hüquq və azadlıqlarının, dini etiqad və əqidə azadlığının tam təmin olunduğunu, qanunvericilik aktlarının tələblərini pozanlara qarşı isə ciddi mübarizə tədbirlərinin aparıldığı barədə məlumat verib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 İyul, 2014 11:23 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |