|
|
Fitrə ZəkatıFitrə zəkatını vermək hər bir imkanı olan müsəlmana vacibdir. Fitrə zəkatı fitr bayramı günü şam azanından sonra ayrılaraq bayram namazının başlamasına qədər verilməlidir. Fitrə ödəyən insan özü ilə birlikdə kiçik uşaqlarının (hətta ana bətnində olan körpəsinin) və himayəsində olanların da fitrə zəkatını ödəməlidir. Fitrə zəkatının miqdarı həmin bölgədə daha çox istifadə edilən aşağıdakı ərzaq növlərinin birindən adambaşına ən azı 3 kq. olmaqla hesablanır: buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s..dənli paxlalı birkilər. Bu ərzağın qiymətinə uyğun olan məbləğdə pul da verılə bilər. Qeyd edək ki, göstərilən miqdar minimal həddir. İnsan öz maddi imkanından asılı olaraq, ya bu ərzaq növləri arasında daha bahalı olanını seçə bilər. Fitrə zəkatı ailə üzvlərinin her biri üçün ayrılıqda çıxarılmalıdır.Ayrılan fitrə zəkatı imkansızlara,fəqrilərə verilməlidir. Seyyid olmayan kəslərin ayırdıqları fitrə zəkatını seyyidlərə verə bilməzlər.İmaknı olmayan şəxsin boynuna fitrə zəkatı vacib olmaz. Bazarda yeməli buğdanın 1 kq-nın qiymətinin təqribən 1 manat olduğunu nəzərə alınarsa, o zaman Azərbaycanda fitrə zəkatının adam başına minimum 3 manat təşkil etdiyini demək olar. Imkanı olanlar göstərilən məbləğdən daha artığını da ödəyə bilərlər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 İyul, 2014 16:54 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |