|
|
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Ramazan ayı ilə əlaqədar Gəncədə səfərdə olub(fotosessiya)Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin I müavini Səyyad Salahlı Ramazan ayı ilə əlaqədar Gəncə şəhərində səfərdə olub.
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, S. Salahlı qərb regionundan olan dindarlarla görüşərək onlara Komitə adından dini kitablar təqdim edib.
Daha sonra S. Salahlı DQİDK tərəfindən təşkil olunan iftar süfrəsində Gəncə şəhər İcra Hakimiyyətinin birinci müavini Mikayıl Zeynalov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, ağsaqqallar və ziyalılarla görüşüb.
İftar süfrəsinə həmçinin Gəncə şəhəri və ətraf rayonların dini icmaların sədrləri, din xadimləri, dindarlar, şəhid ailələri, müharibə veteranları qatılıblar. İftar süfrəsində Qurani-Kərimdən ayələr oxunub, dualar edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 İyul, 2014 12:13 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |