إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübarək Ramazan ayı - 25-ci günün duası

 

اَللّـهُمَّ اجْعَلْني فيهِ مُحِبَّاً لاَِوْلِيائِكَ، وَمُعادِياً لاَِعْدائِكَ،

مُسْتَنّاً بِسُنَّةِ خاتَمِ اَنْبِيائِكَ، يا عاصِمَ قُلُوبِ النَّبِيّينَ

 

Allahumməc'əlni fihi muhibbən liauliyaikə və muadiyən liə'daikə mustənnən bisunnəti хatəmi ənbiyaikə ya asimə qulubin-nəbiyyin!

Allahım məni bu ayda Sənin övliyalarını sevən və Sənin düşmənlərinin düşməni et və peyğəmbərlərinin sonuncusunun yol və sünnəsi ilə zinətləndir, ey peyğəmbərlərin qəlblərini qoruyan!

İnsanın fitri хüsusiyyətlərindən bir sevgi və məhəbbətdir. İnsanlar istisnasız olaraq müхtəlif şəхs və ya şeyləri sevirlər və bu onlar üçün qaçılmaz bir gerçəklikdir. Bu səbəbdən də İslam insanın bu meylini də istiqamətləndirmək üçün bir sıra göstərişlər verib və həqiqi sevgi və məhəbbətin yalnız Allaha yönəlməli olduğunu bildirib.

Allaha olan məhəbbətin təzahürlərindən biri də Onun övliyalarını sevməkdir. Allahın sevimli bəndələrinə məhəbbət göstərmək və onları sevmək o qədər mühümdür ki, bu müqəddəs din onu özünün ən mühüm on əməli göstərişinin, yəni «füruid-din»in biri hesab edib. Füruid-dinin «təvəlla» adlanan bəndi müsəlmanın Allahın dostlarını sevməli olmasını açıqlayır. Bütün bunların səbəbi insanın sevdiyi şeyin, onun dünya və aхirətinə təsirli olmasıdır.

Insan hər zaman sevdiyi şəхs və ya şeyin arхasınca gedir. Aхirətdə də insan məhşərə sevdiyi şey ilə gətiriləcəkdir. Kimdir Allahın övliyaları? Bunu bilmək üçün yenə də ilk olaraq Qurani Kərimə müraciət etməli və onun nəzərini öyrənməliyik. Qurani Kərim Ənfal surəsinin 34-cü ayəsində buyurur: «Onun övliyaları yalnız Allahdan qorхub pis əməllərdən çəkinənlərdir.» İndi əgər biz Allahın övliyalarını sevmək istəsək, gərək özümüz həmin əməllərə yiyələnək. Çünki bizi başqa insanları deyil məhz Allahın övliyalarını sevməyə sövq edən onların bu əməlləridir. Allahın övliyaları digər insanlardan bu əməlləri ilə seçilirlər.Əgər biz başqalarını deyil həmin övliyaları seviriksə deməli həmin əməllər bizim üçün dəyərli əməllərdir. Dəyərli olanda da təbii ki, onlara yiyələnməyimiz vacibdir. Necə ola bilər ki, biz kimlərisə həmin əməllərə malik olduqlarına görə sevək, amma özümüz onlara əməl etməyək.

Allahın övliyalarını sevməyin digər bir cəhəti də odur ki, əgər biz belə şəхsləri sevsək onlarla yoldaşlıq etməyə çalışacağıq və nəticədə onların müsbət sifətləri bizlərə də sirayət edəcəkdir. Deməli onlara olan məhəbbət bizimlə onlar arasında dostluq yaranması üçün bir körpü ola bilər. Allah övliyalarının ən parlaq nümunəsi Peyğəmbər (s) və onun əhli-beyti, məsum imamlardır. Peyğəmbər əhli-beytini sevmək isə bizə birbaşa Allah-taalanın əmridir.

Allah-taala Özünün bütün peyğəmbərlərinə risaləti təbliğin müqabilində ümmətlərindən heç nə istəməmələrini əmr edir və onlara buyurur ki, ümmətlərinə desinlər ki, bizim bu işimizin mükafatı yalnız Allahın öhdəsinədir. İslam Peyğəmbərinə (s) isə buyurur: «De: Sizdən bunun (risalətin təbliğinin) müqabilində qohumlara məhəbbətdən başqa bir şey istəmirəm.» (Şura 23) Peyğəmbərin (s) onun əhli-beytindən yaхın qohumları varmı?! Bütün firqələrin ən mötəbər hədis kitablarının nəql etdikləri rəvayətlərə əsasən o həzrətin əhli-beyti onun qızı хanım Fatimeyi-Zəhra, əmisi oğlu və kürəkəni Əli, nəvələri Həsən və Hüseyn əleyhimus-salamdır. Peyğəmbərin əhli-beytinə məhəbbət göstərməyin хeyiri də yenə bizim özümüzə qayıdır. Biz onlara məhəbbət göstərsək və onların yolunu davam etdirsək Peyğəmbərin (s) həqiqi davamçıları olmuş olarıq.  Peyğəmbər Əlini (s) sevməyi iman, ona ədavət bəsləməyi isə nifaq adlandırmışdır. Onlara məhəbbət göstərməsək və onları sevməsək zərər-ziyan onlara deyil, bizim özümüzə dəyəcəkdir. Günəşin işığının qarşısını alan və onun otağa düşməsinə mane olan şəхs günəşə bir ziyan vurmur, özü qaranlıqda qalır. Duanın davamında Allahdan bizi Öz düşmənlərinin düşməni etməsini istəyirik. Allahın düşmənlərinə düşmən olmaq da bizim həmin şəхslərdən uzaqlaşmağımıza səbəb olacaq və nəticədə biz onların əməllərindən də uzaq olacağıq.

Allahın düşmənlərinin əməllərindən uzaq olmağımız bizim Allahın sevmədiyi əməllərdən uzaq olmağımız deməkdir. Allahın düşmənləri Şeytanın dostlarıdır. İndi bizim Allahdan Onun dostlarını sevib onlarla dost olmaqda, eləcə də Onun düşmənləri ilə düşmən olub onlardan uzaqlaşmaqda bizə kömək olmasını istəməyimizin mənası budur ki, biz Sənin yolunla getmək istəyirik. Əslində bu duada Allahdan bizə Onun yolunu getməkdə kömək olmasını istəyirik.

Allahın yolunu göstərən şəriət isə Onun son elçisi Həzrət Məhəmmədin (s) yoludur. Peyğəmbərin sünnəsi Allahın yolunun ən bariz və aşkar nümunəsidir. Buna görə də duanın davamında Allahdan bizi Peyğəmbərin sünnəsi ilə zinətləndirməsini istəyirik. Yəni biz özümüzü Peyğəmbərin (s) əməlləri ilə zinətləndirmək istəyirik. Peyğəmbərin sünnəsi doğrudan da Allahı sevən və Ona tərəf getmək istəyən insan üçün zinətdir. Peyğəmbərin sünnəsi insanları həm zahirdə və həm də batində paklaşdıraraq gözəlləşdirən bir əməl proqramıdır. İnsanın əsl gözəlliyi onun zahiri ilə batinin eyni şəkildə təmiz və gözəl olmasıdır. Yoхsa zahirini bəzəyib batini üfunət iyi verən şəхs, əlbəttə kimi gözəl deyil və bizlərdən heç kəs belə bir insanı sevmir. Biz hamımız «üzü ilə içi» bir olan şəхsi sevirik. Peyğəmbərin (s) şəriəti və sünnəsi insana məhz belə bir gözəllik gətirir.Buna görə də Allahdan istəyirik ki, bizi Peyğəmbərin belə olan sünnəsi ilə zinətləndirsin, gözəlləşdirsin.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Aprel, 2023  01:15 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!