|
Iraq ordusu tərəfindən IŞİD-in 100-dən çox üzvü və təşkilatın "müftüsü" məhv edilibİraq ordusunun ölkənin Səlahəddin əyalətinin Tikrit şəhəri ərazisində apardığı əməliyyatlarda “İslam Dövləti” (İŞID) terror təşkilatının 100-dən çox üzvü ölüb və yaralanıb. Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, əməliyyatlarda təşkilatın Səudiyyə Ərəbistanından olan müftisi Əbu-Usamə əl-Qəhtani də öldürülüb. Ordu qüvvələri Neynəva əyalətinin Mosul şəhəri ərazisində də əməliyyatlar aparıb. Burada hərbi təyyarələrin şəhərin Eynul-Cəhş qəsəbəsi ərazisində silahlıların “Ömər Briqadası”nın lideri və daha 28 üzvünü məhv etdiyi deyilir. Bildirək ki, hazırda ən şiddətli qarşıdurmalar və əməliyyatlar Tikrit ərazisində gedir. Ordu qüvvələri şəhərin giriş və çıxış bölgələrini nəzarətə alaraq bir neçə istiqamətdən buraya girməyə hazırlaşır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 İyul, 2014 12:31 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |
|