إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Gürcüstan Müsəlmanları İdarəsi Rustavi şəhərində iftar məclisi təşkil edib(fotolent)

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi məlumata görə, məclisdə ruhani və dindarlarla yanaşı, dövlət məmurları, müsəlman ölkələrinin səfirlikləri, ictimai, mədəni və dini sahədə fəaliyyət göstərən QHT sədrləri, ziyalılar, şair və yazıçılar və şəhər sakinləri iştirak ediblər.

Tədbir Quran tilavəti ilə başladıqdan sonra Gürcüstanın şeyxi Hacı Ramin İgidov məclis iştirakçılarını salamlayıb, Ramazan günləri münasibəti ilə ölkə və dünya müsəlmanlarını təbrik edib, bu ayda edilən dua və ibadətlərin qəbul olunmasını arzulayıb, dünyaya sülh və əminamanlıq diləyib, ölkə müsəlmanları adından dini sahədə göstərilən dəstəyə görə dövlət rəhbərliklərinə minnətdarlığını bildirib.

O, Ramazan ayının fəzilətindən söz açaraq bu ayın imtahan ayı olduğunu söyləyib: “Allah bəndələri nəfslərini özlərinə qul edərlərsə, məhz o zaman Yaradanlarına layiqli bəndə ola bilərlər.”

Sonra Şərqi Gürcüstanın müftisi Hacı Yasin Əliyev Ramazan ayı münasibəti ilə təbrikdən sonra bu ayın “Allah ayı” adlanma səbəbini açıqlayıb, Ramazan orucunun faydaları barədə Peyğəmbərimizin (s) kəlamlarını çatdırıb.

Qərbi Gürcüstan müftiliyinin nümayəndəsi Cemal Adadze müfti Hacı Cemal Paksadze adından mərasim iştirakçılarını təbrik edib, Ramzan barəsində öz ürək sözlərini çatdırıb.

Baş nazirin müşaviri Savalan Mirzəyev baş nazirin təbrik məktubunu xuyub və ölkə rəhbərliyi tərəfindən müsəlmanlara uğurlar arzulayıb.

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Dini işlər üzrə Agentliyin sədr müavini Lela Cecelava, Marneuli rayon qamqebelisi Merab Topçuşvili və digər dövlət məmurları, səfirlik nümayəndələri təbriklərini, xoş arzularını çatdırıb, dəvətə görə məclisi təşkil edən Gürcüstan Müsəlmanları idarəsinə minnətdarlıqlarını bildiriblər.

Məclis iftar süfrəsi ətrafında dua, dini ilahilər və Aşıq Məsimin ifasında sazlı sözlərlə davam edib.



- See more at: http://salamnews.org/az/news/read/133775#sthash.CbQGW8cQ.dpuf

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 İyul, 2014  16:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!