|
|
Hacı Şahin Həsənli- “Azərbaycanda Ramazan ayının gəlişi hiss olunmur”“Azərbaycanda Ramazan ayı digər müsəlman ölkələrindəki kimi coşğuyla qeyd olunmur”. Bunu Ahlibeyt.az-ın məlumatına görə bunu Modern.az-a-a Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli deyib. “Yəni orucluq kütləvi şəkildə cəmiyyət arasında qeyd olunmur. Yəni başqa ölkələrdə iftar süfrələri, çadırlar qurulur, insanlar birgə iftar açır. Azərbaycanda isə bu ənənələr tədricən unudulur”. Hacı Şahin Həsənli deyir ki, insanların Ramazan ayına münasibətinə uzun müddət sovet dövründə olan qadağalar təsir göstərib, təbliğat zəifdir: İnsanların maarifləndirilməsinə ehtiyac var. KİV-də Ramazan ayı ilə bağlı insanlara bilgi verən dini yazılar, verilişlər olmalıdır. Din xadimləri də dinin təbliğinin effektiv üsullarından istifadə etməli, müasir tələblərə uyğun insanlara çatdırmalı, Ramazanın həqiqi fəlsəfəsini insanlara anlatmalıdırlar. Ramazan ayının həm də bir ictimai hadisə olduğunu qeyd etmək lazımdır. Yalnız fərdi baxımdan insan oruc tutmaqla kifayətlənməməlidir. Oruc tutmağın fəlsəfəsi budur ki, varlı insanlar ehtiyacı olan insanların halından xəbər tutsunlar. Hədislərdə də qeyd edilir ki, imkanlılar imkansızlardan xəbərdar olsunlar. Orucun ictimai-sosial tərəfi insanlara aşılanmalıdır”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 İyul, 2014 18:23 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |