|
|
Lerikdə dövlət-din münasibətləri ilə bağlı tədbir keçirilib (foto)Lerik rayon mədəniyyət evində Azərbaycan prezidentinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev və Azərbaycan Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov, Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, din xadimləri və ziyalıların, ağsaqqalların iştirakı ilə dövlət-din münasibətlərinə həsr olunmuş tədbir keçirilib.
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev rayondakı mövcud dini durum barədə ətraflı danışıb.
Daha sonra çıxış edən dövlət müşaviri Kamal Abdullayev bildirib ki, gündən-günə inkişaf edən Azərbaycanda ideoloji siyasəti gücləndirmək məqsədilə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti yaradılıb. Xidmətin əsas vəzifəsi dünyəvi təhsillə dini təhsil arasında, məscidlə tarixi abidələr arasında əlaqələr yaratmaq, həm dini, həm mədəni, həm də milli məsələlərdə etnik qruplar, azsaylı xalqlarla birlikdə çalışmaqla dövlətin mənafeyini qorumaqdır.
Azərbaycanda dinin dövlətdən ayrı olduğunu bir daha diqqətə çatdıran dövlət müşaviri bununla belə dövlətin dinə münasibətinin çox loyal olduğunu xüsusi qeyd edib. Belə ki, müstəqilliyə qədəm qoyduğumuz dönəmdə ölkəmizdə 17 məscid fəaliyyət göstərirdisə, son 20 ildə bunların sayı 2000 çatdırılıb. Təkcə bu fakt dövlətimizin dinə və dindar vətəndaşlara münasibətinin bariz münasibətidir.
Daha sonra son vaxtlar qeyri-ənənəvi, zərərli dini cərəyan və təriqətlərlə bağlı fikir və mülahizələrini bildirən natiq, gənclərin və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində məktəblərlə yanaşı, dini ibadət evlərinin, məscidlərin də üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edərək, onlara tapşırıq və tövsiyələrini verib. Sonda tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.
Tədbirdən sonra Azərbaycan prezidentinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin və Azərbaycan Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırovun Lerik şəhər Cümə məscidində dindarlarla görüş keçirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 İyul, 2014 12:52 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |