|
Hacı Şahin Həsənli-Bu cərəyanın ən əsas xüsusiyyətlərindən biri də budur ki, onlar özləri kimi düşünməyənləri düşmən hesab edirlərHacı Şahin Həsənli- “Onlar təkfirçidir. Yəni başqa cərəyanları, onlarla həmfikir olmayanları kafir hesab edib, qanını, namusunu halal bilirlər. Bu bütövlükdə bütün dünya üçün təhlükəli tendensiyadır. Təəsüflər olsun ki, böyük dövlətlər tərəfindən də lazımi təpkini görmək olmur. Son günlər gözlənilmədən İraq ərərzisində irimiqyaslı hərbi əməliyyatlar həyata keçirərək minlərlə dinc sakini amansızcasına qətlə yetirən,on minlərlə insanı doğma ev eşiklərindən didərgin salan və müasir tarixdə görünməmiş vəhşiliklər törədərək bunu İslam dini adına müqəddəs bir vəzifə kimi nümayiş etdirən İŞİD,o cümlədən ona yaxın olan digər bu qəbildən olan qruplaşmaların əməlləri dünya ictimaiyyətinin müzakirə obyektinə çevrilib. Məsələ ilə bağlı din alimlərinin, siyasətçilərin ictimai xadimlərinin fikirləri yayımlanır. Ahlibeyt.az-ın məlumatına görə tanınmış ilahiyyatçı alim "Meşədi Dadaş" məscidinin axundu Hacı Şahin Həsənli Azadxəbər.az-a İraq və xüsusən Suriyada fəallığı ilə seçilən terrorçu qruplaşmalara münasibətini açıqlamışdır. Hacı Şahin Həsənli qeyd etmişdir ki, sözügedən terrorçu qruplar Qərb dövlətləri tərəfindən dəstəklənirlər. Suriyada uğursuzluğa düçar olan terrorçuların Qərbin dəstəyi ilə İraq ərazisində yönəldiyini söyləyən Ş. Həsənli, “ən təhlükəlisi budur ki, bütün bu özbaşınalıqlar və azğınlıqlar İslam adı altında həyata keçirilir. İslam tarixində özünə müsəlman deyən şəxsin diri-diri insanın başını kəsməsinə dair bir dənə də olsun nümunə yoxdur. Təəssüflər olsun ki, bunu bir cəza növü kimi tətbiq edirlər.Bu cərəyanın ən əsas xüsusiyyətlərindən biri də budur ki, onlar özləri kimi düşünməyənləri düşmən hesab edirlər”, - deyə bildirmişdir. “Onlar təkfirçidir. Yəni başqa cərəyanları, onlarla həmfikir olmayanları kafir hesab edib, qanını, namusunu halal bilirlər. Bu bütövlükdə bütün dünya üçün təhlükəli tendensiyadır. Təəsüflər olsun ki, böyük dövlətlər tərəfindən də lazımi təpkini görmək olmur. Suriyada həmin o terrorçu qruplaşmaları maliyyələşdirən, onlara dəstək verən dövlətlər İraqda da üstüörtülü də olsa bu cərəyana dəstək verirlər. Əslində, İraqda baş verənləri guya məzhəblərarası qarşıdurma kimi təqdim etməyə çalışırlar.” Şahin Həsənli onu da bildirdi ki, vəhhabi-terrorçu qruplaşmaların müqəddəs ziyarətgahları dağıtmaq cəhdləri əslində bütün müsəlmanların dini inancının və hisslərinin təhqir olunması deməkdir: “Çünki, İmam Hüseyn (ə), Hz Əli (ə) orada dəfn olunmuş bütün müqəddəs şəxsiyyətlər bütün müsəlmanlar üçün dəyərli insanlardır. Yəni o ziyarətgahları yalnız şiələrə aid etmək olduqca yalnışdır.Hz. Əli(ə) və Hz. Hüseyn (ə) bütün müsəlmanlar üçün əziz olan şəxsiyyətlərdir. Ona görə də əslində bu cərəyanın dağıdıcı fəaliyyəti bütün İslam məzhəblərinə qarşı yönəlib. Həm də bir sıra xarici dövlətlərin maraqlarını icra edir. Əslində bu qruplaşmaları müsəlman dövlətlərinin sərvətlərinə hakim olmaq üçün, “parçala hökm sür”siyasətini işlədən bəzi Qərb dövlətlərinin xidmətçiləri hesab etmək olar.” Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 İyun, 2014 19:25 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |