|
Dini təyinatlı materiallara nəzarət markasının vurulması təsdiqləndi-DQİDK-ya əlavə səlahiyyətlər verildiBaş nazir Artur Rasizadə "Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında qərar verib Bu Qaydalar “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq hazırlanıb və nəzarət markasının formasını, uçotu, istifadəsi və verilməsi qaydalarını müəyyən edir Ahlibeyt.az xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikasının ərazisində hazırlanan (istehsal edilən) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallar nəzarət markası ilə markalanacaq. Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən veriləcək. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektləri olan dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların nüsxələrinə ilkin olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən, daha sonra isə Müəllif Hüquqları Agentliyindən alınan nəzarət markası yapışdırılacaq. Nəzarət markası ilə markalanmalı olan mallara, məmulatlara və məlumat materiallarına birdəfəlik istifadə üçün nəzərdə tutulan nəzarət markası yapışdırılacaq. Nəzarət markasını alan şəxslər onun təyinatı üzrə istifadəsinə görə cavabdehdirlər və nəzarət markasının istifadə edilməsi haqqında ildə iki dəfə 6 (altı) aylıq dövr üçün nəzarət markasını verən orqana hesabat (hesabat dövrü başa çatdığı tarixdən sonra gələn 15 (on beş) gün müddətində) təqdim etməlidirlər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyun, 2014 12:37 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |