|
|
Sergey Lavrov- “İraqda və Suriyada baş qaldıran beynəlxalq terrorizm Azərbaycan və Rusiya üçün təhlükə yaradır”Moskva və Bakı antiterror əməkdaşlıq üzrə razılıq əld edib “İraqda və Suriyada baş qaldıran beynəlxalq terrorizm Azərbaycan və Rusiya üçün təhlükə yaradır”. Ahlibeyt.az-ın Modern.az-a istinadən verdiyi xəbərə görə, bu sözləri Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlər üçün keçirilən mətbut konfransında bəyan edib. “Biz bu gün Yaxın Şərqdə-Suriyada, İraqda və onların ətrafında olan ölkələrdəki situasiya ilə bağlı fikir mübadiləsi apardıq. Biz bu həyəcanlı regionla çox yaxınlığında yerləşirik. Digər tərəfədən orada beynəlxlq terorrizm baş qalıdırb”-deyə S. Lavrov vurğulayıb. Rusiya XİN başçısı bildirib ki, bu Suriyada və İraqdakı beynəlxalq terrorçuların hərbi drujinalarını sıralarını artıranlar öz çirkin planlarını həyata keçirməyə çalışırlar. “Bu bizim ümumi vəzifəmizidir. Çünki bu terrorçular hamı üçün-Rusiya, Azərbaycan və Avropa üçün təhlükə yaradır. Biz antiterror əməkdaşlığın bütün istiqamətləri üzrə təmaslarımızın aktivləşdirmək barədə razlığa gəldik”-deyə S.Lavrov vurğulayıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 İyun, 2014 15:37 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |