|
Hacı Şahin Həsənli: İŞİD-in əməlləri din adına ləkə və təxribatdır“İraqda baş verən hadisələr siyasi hadisələrdir, amma bəzi radikal qruplar bu siyasətlərinə dini alət edirlər”, - Ahlibeyt.az-ın Contakt.az-a istinadən verdiyi xəbərə görə Azərbaycanın yeni nəsil tanınmış din xadimlərindən “Məşədi Dadaş məscidi”nin imamı Hacı Şahin Həsənli bu sözləri Turan-a İraqradakı hadisələri şərh edərkən bildirib. Onun fikrincə, bu hadisələr Suriyada baş verən hadiəslərin İraqda davamıdır. Sadəcə Suriyada üstünlük qazana bilməyən radikal “İraq Şam İslam Dövləti” (İŞİD) silahlı qruplaşması bu üstünlüyə İraqda nail olmaq istəyir. “Bu, məzhəb davası deyil, bu, məzhəblər arası dava da deyil, baş verənlər bir radikal silahlı qrupun həm islam dininə, həm islam daxilindəki məzhrəblərə meydan oxumasıdır”, - deyə Ş.Həsənli İŞİD-in İraqa hücumlarına qiymət verib. Onun firkincə, bəzi dövlətlər, eləcə də Səddam Hüseyn dövründən qalan bəzi adamlar bunda maraqlıdır. İŞİD-in Kərbəla, Nəcəf, Samirə, Bağdada hücum edəcəkləri bəyanatını islam dini üçün böyük təxribat sayan Ş.Həsənlu bunu ən sərt şəkildə pislədiyini deyib. “Adı çəkilən şəhərlərdə islam pryğəmbərinin əhli-beytindən olanlar, bütün müsəlman dünyasına əziz olan insanlar dəfn edilib. Bunlar necə müsəlmanlardır ki, digər müsəlmanları bu insanların məzarlarını, türbələrini dağıdacaqları ilə hədələyirlər?”, - deyə Ş.Həsənli qeyd edib. O deyib ki, məzhəb məsələsini öz siyasətinə alət edən bu təkfirçi qruplşama sadəcə islam daxilinə çaxnaşma salmaq istəyir. Onun fikrincə, bu qruplaşma Nuri əl-Maliki hökumətinə qarşı qisas almaq mübarizəsində insanların dini və məzhəb hisslərindən istifadə etməkdən çəkinmirlər. Amma bütün bu neqativlərə baxmayaraq, bu gün İraqda müsəlmanların şiə hissəsinin həyatının, irz-şərəfinin ciddi təhdid və təhlükə altında olduğunu bildirib və dünya dövlətlərini bu insanları müdafiə üçün ciddi tədbir görməyə səsləyib. Qərb ölkələri bu qruplaşmanı bölgə üçün ciddi təhlükə saysa da, əməli tədbirlər görməkdə ləngidiyi vurğulanıb. “Adını nə qoyurlar qoysunlar, bu qruplaşmanın hərəkətləri terror əməlidir, islam dini adına ləkədir, islam adına təxribatdır və bunun başaqa adı yoxdur”, - deyə Ş.Həsənli İŞİD-in addımlarına qiymət verib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyun, 2014 18:59 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |