|
|
Səyyad Aran- Azərbaycan xalqı müxtəlif dinlərə mənsub insanlara olduqca humanist yanaşır"Azərbaycan xalqı müxtəlif dinlərə mənsub insanlara olduqca humanist yanaşır. Tərəddüdsüz deyə bilərəm ki, Azərbaycan mənəvi baxımdan və dünyəvi dəyərləri qiymətləndirmək nöqteyi-nəzərindən müasir Avropa ölkələrinin bir çoxunu ötüb."
Ahlibeyt.az-ın Salamnews-a istinad'n verdiyi məlumata görə, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı hakim partiyanın rəsmi saytına verdiyi müsahibədə bildirib. O deyib ki, bir çox məşhur dövlət və din xadimləri Azərbaycandakı tolerantlıq mühiti, dinlərə olan münasibətlə bağlı əhəmiyyətli fikirlər söyləyiblər. Burada pravoslavlar heç bir sıxışdırmaya məruz qalmadan öz dinləri və əqidələrinə etiqad edirlər. Hətta bu cür şərait, təəssüf ki, bəzi pravoslov ölkələrində belə yoxdur. Onun sözlərinə görə, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərə qiymət yüksək səviyyədədir. Müstəqilliyə qədər Azərbaycanda 17 məscid var idisə, 2013-cü ilin dekabr ayına olan statistikaya əsasən, məscidlərin sayı 2000-dən çoxdur. Həmçinin ölkəmizdə 12 kilsə (Bakıda 3 pravoslov, 1 katolik, 1 lüteran, Gəncədə və Xaçmazda 1 pravoslov, Qəbələdə 1 alban-udi, Qaxda 4 gürcü-provaslov kilsəsi) var. Bununla yanaşı, ölkəmizdə 7 sinaqoq (Bakıda 2, Oğuzda 2, Qubada 3). mövcuddur. S.Salahlı vurğulayıb ki, ölkədə xristianlığın müxtəlif qollarına mənsub insanlar tərəfindən dini mərasimlərin icra edildiyi 26 ibadət evi var. Beləliklə, sadalananlar Azərbaycanın tolerantlığını göstərən mühüm faktlar olmaqla yanaşı, dünya xalqları üçün nümunədir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyun, 2014 12:29 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |