|
Hacı Şahin Həsənli-Sosial şəbəkələrdə heç bir profil səhifəsinə sahib deyiləmNəinki Facebook hətta digər sosial şəbəkələrdə belə heç zaman profil səhifəsinə sahib olmayıb və onun adı ilə bağlı fəaliyyət göstərən istənilən profil səhifələrinin açılmasına razılıq verməyib-bunu ölkənin tanınmış ilahiyyatçı alimi Hacı Şahin Həsənli öz açıqlamasında Ahlibeyt.az-a bildirmişdir.
Sosial şəbəkələr gündəmin bir hissəsini zəbt etdiyindən və bu məkana nəzarət mexanizminin yetərincə olmadığı səbəbindən dövlər məmurlarının, siyasi xadimlərin,ictimai fəalların,tanınmış iş,media və s.. nümayəndələrin adından saxta profillər və rəsmi səhifələr yaradılması artıq adi bir hal alıb.
Məsələni daha da çətinləşdirən budur ki,bəzi insanlar açıq şəbəkədə bu tanınmışların profil səhifələrini görüb onlara dostluq göndərir və adi halda mümkünzüz görünən çoxsaylı suallarını bu şəxslərə yönəldirlər.Profil arxasında oturan şəxs isə heç bir vicdan əzabı çəkmədən elə həmin profil sahibi adından ona ünvanlanan bir çox problem və sualları cavablandırırlar.
Son zamanlar bu profillər sırasına ölkənin tanınmış din xadimi ilahiyyatçı alim,"Məşədi Dadaş" məscidinin imam-camaatı Hacı Şahin Həsənlinin adı əlavə olunub.Araşdırmalarımız nəticəsində onun adıyla bağlı onlarla səhifə və profillərə rast gəldik.Bu səhifələrin bəzilərində vəziyyət elə yuxarıda qeyd etdiyimiz problemlərdən sığortalanmayıb.Səhifə sahibləri onlarla təmas quran insanlara bu səhifənin məhz Hacı Şahin Həsənliyə məxsus olduğunu deyir və ya onunla məsləhətləşərək bu səhifənin onun adından razılaşdırılmış şəkildə idarə etdiklərini bildirirlər.Məsələyə aydınlıq gətirmək üçün İlahiyyatçı alimin özünə müraciət etdik.
Hacı Şahin Həsənli açıqladı ki,nəinki Facebook hətta digər sosial şəbəkələrdə belə heç zaman profil səhifəsinə sahib olmayıb və onun adı ilə bağlı fəaliyyət göstərən istənilən profil səhifələrinin açılmasına razılıq verməyib.Həmçinin bu səhifələrin demək olar heç birinin kimlər tərəfindən idarə olunduğunu belə bilmir.
Yalnız üç nəfərə Hacı Şahin Həsənlinin adı ilə bağlı səhifə açılmasına icazə verilmişdir və bu səhifələrin adları elə tərtib olunmuşdur ki, insanlar həmin səhifənin ilahiyyatçıya məxsus olmadığını anlasın. Habelə həmin səhifələrdə qeyd olunmalı idi ki, bu səhifə rəsmi deyil. Bu səhifələrin hər üçü Facebook sosial şəbəkəsində yerləşir. Digər profil və səhifələrin heç biri onun razılığı əsasında açılmayıb, hətta səhifə adminlərinə onun tərəfindən etiraz edilməsinə baxmayaraq, səhifələr fəaliyyətini dayandırmayıb və insanları aldatmağa davam edirlər.
İlahiyyatçı alimin verdiyi məlumata görə, sosial şəbəkələrdə ona məxsus olan yeganə səhifə- facebookdakı rəsmi səhifəsidir ki,bu səhifə də moderator tərəfindən idarə olunur.Səhifədə işıqlandırılan məlumatlar və cavablandırılan suallar onun şəxsi mövqeyi ilə üst-üstə düşür.
Qeyd edək ki,Hacı Şahin Həsənlinin yeganə rəsmi facebook səhifəsinə aşağdakı linkden daxil ola bilərsiz
https://www.facebook.com/HaciShahinHasanli?fref=ts
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 İyun, 2014 15:32 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |