|
Ekstremist fikirlərin təbliğatçısı olan qeyri- ənənəvi dini cərəyanların və təriqətlərin qarşısı alınacaq
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) 2014-2020-ci illər üçün Strateji planları hazırlanıb. Ahlibeyt.az-ın AnsPress -ə istinadən verdiyi məlumata görə, tolerantlığın qorunması məqsədi ilə dini mühitdəki radikal elementlərin qarşısının alınması, radikal dini qrupların, ekstremist fikirlərin təbliğatçısı olan qeyri- ənənəvi dini cərəyan və təriqətlərin dini qurumlara və ibadət evlərinə mümkün təsirinin qarşısının alınması, eləcə də onların tamamilə zərərsizləşdirilməsi istiqamətində tədbirlərin kəmiyyət və keyfiyyət baxımından gücləndirilməsi məsələləri Dini Komitənin prioritetləri sırasında yer alıb. Starteji Planda qeyd olunub ki, sırasında Dini qurumların dövlət qeydiyyatı məsələsinin təkmilləşdirilməsi və prosesin sürətləndirilməsi, dini icması dövlət qeydiyyatından keçməmiş ibadət evlərində, xüsusilə aktiv fəaliyyəti ilə seçilən məscidlərdə rəsmi dini icmaların formalaşdırılmasına kömək göstərilməsi və dövlət qeydiyyatına alınması istiqamətində işin davam etdirilməsi və prosesin sürətləndirilməsi məslələri də Dini Komitənin prioritetlərinə daxil edilib. Dini təyinatlı ədəbiyyatın və materialların ekspertizasının aparılması və yayılmasına müvafiq nəzarətin həyata keçirilməsi, dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və diniməzmunlu başqa məlumat materiallarının dinşünaslıq ekspertizasının aparılması, onların istehsalı, idxalı və yayılması ilə bağlı nəzarət tədbirlərinin davam etdirilməsi də Dini Komitənin prioritet mövzularını təşkil edir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 İyun, 2014 13:27 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |