إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bərdədə tarixi türbə bərpa edilir

Tarixi Bərdə türbəsinin təmirinə başlanılıb.

Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, təmir-bərpa işləri Elmi-Bərpa İdarəsi tərəfindən aparılır. İşlədilən tikinti materiallarının bir hissəsi İrandan və Türkiyədən gətirilib. Tikinti işlərinə xüsusi təcrübəyə malik olan memarlar və ustalar cəlb ediliblər. Hazırda abidənin kitabələri və üzərində ərəb əlifbası ilə yazılan sözlər bərpa olunur.

Türbənin xarici hissəsi şaquli istiqamətdə firuzəyi kərpiclə üfüqi istiqamətdə isə yaxşı cilalanmış adi kərpiclə düzülmüş «köynəklə» örtülmüşdür. Müxtəlif bəzək birləşmələri və kərpicin fakturası bütün fasad boyu dəfələrlə təkrarlanan «Allah» sözünü əmələ gətirir. Bərdədə 1322-ci ildə inşa edilən türbə qəzalı vəziyyətdə olduğundan uçmaq təhlükəsi ilə üzləşmişdi. Ötən əsrin ortalarında abidədə təmir bərpa işləri aparılsa da,bərpa briqadasında iştirak edən ermənilər türbənin üzərinə beton örtük cəkmişdilər.

Bundan əlavə, rayonda eramızdan əvvəl 6-9 əsrə məxsus qədim körpü sel sullarından mühafizə olunub. Tarixi körpünün ətrafında beton vasitəsi ilə sahilbərkitmə işləri aparılıb. Qədim körpü yaxın günlərdə yenidən bərpa ediləcək. Hazırda lahiyələndirmə işləri aparılır. Tərtər çayının sağ sahilində yerləşən körpünün qədim zamanlarda uzunluğu 170 metr, eni isə 5 metr olub. Zaman keçdikcə çay suyu abidənin yuyub bir hisəsini aparıb.

Xatırladaq ki, hazırda Bərdə rayonu ərazisində 19 tarixi abidə mövcuddur. Bu abidələrin mərhələli şəkildə yenidən bərpası nəzərdə tutulub.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 İyun, 2014  13:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!