إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Göy türbə kimi tanınan Hacı Mahmud Əfəndi ziyarətgahı

Qazax rayonunun Aslanbəyli kəndində Göy türbə kimi tanınan Hacı Mahmud Əfəndi türbəsi izdihamlı ziyarətgah yerlərindəndir.

Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, Türbə Aslanbəyli kəndinin qədim qəbiristanlığında, İncə çayı boyunca uzanan el yolunun solundadır. Gəncə-Qazax, Borcalı ellərində, Dağıstanda, Türkiyədə tanınan bir ziyarətgahdır. Geniş və möhkəm hasarın içərisində yerləşən dördkünc türbə 1893-cü ildə ucaldılıb. Tikilinin bəzi elementləri göy rənglə boyandığından xalq arasında ona bəzən Göy türbə də deyirlər. Türbədə öz savadı və xeyirxahlığı ilə bütün bölgənin rəğbətini qazanan Hacı Mahmud əfəndi Qarani və onun məsləkdaşı Seyid Yasinin məzarları yerləşir. Yaxın dostu və məsləkdaşı olan Seyid Yasinin 1892 ildə vəfatından sonra Hacı Mahmud əfəndi onun məzarı üstündə türbə ucaldır. Üç il sonra özü də vəsiyyəti ilə orada dəfn edilib. Deyilənə görə türbənin layihəsini Hacı Mahmud əfəndi Türkiyədən gətirib. Tikinti İncə dərəsinin və Borçalının ən məşhur ustaları tərəfindən inşa edilib. İnşaya rəhbərliyi isə Hacının kürəkəni Qazax rayonunun Daş Salahlı kənd sakini Mustafa bəy Miralayev edib. Türbə müqəddəs sayılır və hətta sovet hakimiyyəti dövründə qoyulan qadağalara baxmayaraq indiyə qədər bütün illər uzaq və yaxın ellərdən, xüsusi ilədə Gürcüstan respublikasının Azərbaycanlıların kompakt yaşadıqları Borçalı mahalından gələn adamlar tərəfindən ziyarət olunur. Türbəyə gələn ziyarətçilər dəfələrlə niyət etdiklər və niyətləri həyata keçdikdən sonra ziyarətgaha gələrək qurbanlar kəsrlər.

Hacı Mahmud Əfəndi Məscidi dini icmasının sədir Asif Seyidov Hacı Mahmud əfəndi türbəsi haqqında ətraflı məlumat verib və ölkəmizin bütün bölgələrindən, hətta ölkə hüdudlarından kənarlardan belə tübəyə ziyarət üçün gələnlərin olduğunu deyib.

Aslanbəyli kənd sakinlərini isə başqa bir məsələ narahat edir. Kənd sakinləri tələb edirlər ki, türbəyə yığılmış pullar mənimsənilməsin və kənddə olan kasıblara yardım edilsin, məsələ ilə bağlı isə artıq bütün aidiyyatı qrumlara məlumat verilib.
Hacı Mahmud Əfəndi Məscidi dini icmasının sədir Asif Seyidov bura yığılan vəsaitin təmirə, türbədə çalışan işçilərə verlidiyini söyləyib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 İyun, 2014  15:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!