|
|
Azərbaycanda dinlər arasında qarşıdurma yaratmaq istəyənlər arzularına çatmayacaqlar - QMİ sədriAdını nə qoymasından asılı olmayaraq, istənilən şəxs, cərəyan radikallıqla məşğul olacaqsa, dövlət buna qarşı lazımi addımlar atacaq. Ahlibeyt.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə QMİ nəzdində din xadimlərinin təkmilləşdirmə kurslarının ilk məzunlarının buraxılış mərasimində deyib. A.Paşazadə qeyd edib ki, bu gün Azərbaycanın həyatında yeni addım atılır: "Düşünürük ki, bugünkü ehtiyaca görə, dini məsələlərdə, dinə münasibətdə bəzi şeylər dəyişməlidir. Ona görə də biz fikirləşdik ki, din xadimləri üçün təkmilləşmə kursu yaradaq. Məqsəd din xadimlərinə dini öyrətmək deyil, müstəqil Azərbaycanın din-dövlət münasibətlərinin hansı şəkildə təşkil olunmasını, azərbaycançılığı izah etmək idi". QMİ sədri din xadimlərinə deyib ki, buradan qayıdandan sonra onların moizələrində, xütbələrində böyük fərq olmalıdır. A.Paşazadə ölkədə qarşıdurma yaratmağa çalışanlara da sərt mesaj ünvanlayıb: "Mən çox heyfslənirəm ki, müsəlmanlar arasında məzhəbçiliyi önə çəkərək parçalanma salmağa çalışanlar da var. Lakin Azərbaycanda dinlər arasında, cəmiyyətdə qarşıdurma yaratmaq istəyənlər arzularına çata bilməyəcəklər, çünki bunun üçün şərait yoxdur". O, KİV-də dinin birtərəfli qaydada təbliğinə etiraz etdiyini də gizlətməyib: "Azərbaycanda KİV-lərdə din birtərəfli təbliğ olunur. Telekanallarda pirlərdən, falçılıqdan və s. eybəcərlikdən danışılır. Lakin KİV-lər pisliklərlə yanaşı, yaxşılığı da deməlidirlər. Axı, əsl din, əsl İslam bu deyil". QMİ sədri din xadimlərinə çıxışlarında yalnız haqqı söyləməyi tövsiyə edib. Onun fikrincə, din xadimləri dini radikallığa qarşı konkret mövqelərini ifadə etməlidirlər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 İyun, 2014 17:11 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |