|
Açıq havada tamaşa- “Qəm Qəhrəmanı Zeynəb”“Vilayət” “Kövsər” və “Muminun” qrupları və bir neçə fərdi aktyorun qatıldığı tamaşa artıq yekunlaşmaq üzrədir. Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə Xanım Zəhra (s.ə.) adına heyətin təşkilatçılığı ilə Xanım Zeynəbin (s.ə.) həyat hekayəsindən bəhs edəcək “Qəm Qəhrəmanı Zeynəb” (s.ə.) adlı tamaşa son məşqlərini edir. Xanım Zeynəbin (s.ə.) ölüm yatağında olduğu gecə xatırladığı hadisələrdən bəhs edən tamaşa bədii üslubda tarixin səhifələrini özündə əks etdirir. Kərbəla hadisəsi, Şamın xarabalığı, Mədinəyə qayıdan əsirlərin Ümmülbəninlə qarşılaşması və yanan çadırlarda Rüqəyyənin (s.ə.) fəryadını təqdim edən tamaşa gözəl musiqi tərtibatı, səhnə dekorasiyası və məddahların rövzə və mərsiyələri ilə Xanım Zeynəbin (s.ə.) son gecəsini tərənnüm etdirməyə çalışacaqdır. Açıq havada qurulan tamaşa qaranlıq fəzada mənəvi bir gecənin ülvi duyğuları ilə sizə unudulmaz bir gecəni vəd edir. Tamaşa 07 İyun 2014-cü il tarixində, saat 22:00-da Nardaranda, ziyarətgahin yaxınlığında qurulacaq “Qəm Qəhrəmanı Zeynəb” (s.ə.) adlı tamaşaya hər kəs dəvətlidir. Tamaşadan sonra şəhərə avtobusların işləməsi təşkil olunacaqdır Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 İyun, 2014 17:03 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |