|
|
Fatimeyi-Zəhra dini icmasının Dövlət Komitəsinə qarşı şikayəti təmin edilməyibApellyasiya Məhkəməsində “Fatimeyi-Zəhra” məscidin keçmiş dini icmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə qüvvəsində saxlanılıb, apellyasiya şikayəti təmin edilməyib. Ahlibeyt.az-ın apa-ya istinadən verdiyi xəbərə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinə müraciət edərək, dini icmanın dövlət qeydiyyatının ləğv edilməsi barədə iddia qaldırılmışdır və məhkəmə Dövlət Komitəsinin iddiasını təmin edərək, icmanın dövlət qeydiyyatını ləğv edib. Qərardan narazı qalan dini icma apelyasiya şikayəti verib. Qeyd edək ki, bir müddət əvvəl Xanım "Fatimeyi -Zəhra" məscidinin yeni dini icmasının üzvləri tərəfindən məlumat verilərək bildirilmişdir ki, fəaliyyəti qadağan edilən icma məscidi şəxsi mülkləri kimi hesab edirdilər. Bu barədə məhkəmədə də bildirilmişdir. Onların fəaliyyətinə xitam verildikdən sonra yeni icma qeydiyyatdan keçəcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 İyun, 2014 16:30 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |