|
Hacı Şahin Həsənli "Beşbarmaq" pirində baş verənlərə münasibət bildirdi“Bu insanların inancından sui-istifadədir”. Ahlibeyt.az-ın Azxeber.com-a istinadən xəbər verir ki, bu sözləri tanınmış ilahiyyatçı alim,"Məşədi Dadaş" Məscidinin axundu Hacı Şahin Həsənli söyləyib. Hacı Şahin Həsənli son günlər sosial şəbəkələrdə Beşbarmaq pirində insanların “kukla”ya sitayiş etməsinə və ondan imdat diləməsinə münasibət bildirib. İlahiyyatçı bu cür əməllərin İslamla heç bir əlaqəsi olmadığını bildirib: “Əslində İslam insanların ziyarətlərə, pirlərə getməsini məqbul hesab edir. Bəzən də dini ayinlərə xurafatlar qarışır və bu dini məcradan çıxır. Buna misal olaraq, insanların hansısa əşyalara sitayişlərini misal çəkmək olar. İnsanlar həmin əşyalara sitayiş edərək ondan imdat diləyirlər. Təbii ki, bunun İslamla heç bir əlaqəsi yoxdur və bu insanların inancından sui-istifadədir.” Hacı Şahin İslamda insanların övliyaların məzarlarını ziyarət etməsinin məqbul sayıldığını da deyib: “Övliyaların qəbirlərinin ziyarət edilməsinə İslam icazə verir. Bəzən bunun da əleyhinə fikirlər səslənir. Dində övliyaların qəbirlərini ziyarət edib, dua etmək məqbul sayılır. Təbii ki, dualar Allaha edilməlidir. Çünki heç bir məzhəbdə ölüyə dua edib, ondan imdad istəmək qəbul edilmir”. Xatırladaq ki, ötən gün Xızıda yerləşən Beşbarmaq ziyarətgahında maraqlı hadisə baş vermişdi. Sosial şəbəkədə yayımlanan videoda insanların naməlum obyektə tərəf getməsi və ora nəzir atması müşahidə olunurdu. İnsanların həmin naməlum “kukla”nı öpməsi və ondan imdat diləməsi də videoda öz əksini tapmışdı. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 İyun, 2014 18:47 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |