|
Beşbarmaq ziyarətində baş verən özbaşınalıqBu günlərdə istər KİV-də, istərsə də sosial şəbəkələrdə Xızıda yerləşən Beşbarmaq ziyarətində qeydə alınmış videogörüntülər qızğın müzakirələrə səbəb olmuşdur. Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə, ziyarətə gələn şəxs tərəfindən görüntülənən kadrlarda kuklaya bənzər əşyanı qara parçaya bükən və bu əşyanı dini atribut kimi zəvvarlara qələmə verən bir neçə yaşlı qadının sözün əsl mənasında şıdırığı alver etdiyi müşahidə olunur. Təbii ki, İlahi dəyərlərə düşmən kəsilərək islama qara yaxmaq üçün hər cüzi imkandan istifadə etməyə cəhd edən ünsürlərin əlinə gözəl fürsət düşüb. Çox sayda ilahiyyatçının, hətta sadə müsəlmanın Beşbarmaq zirvəsində baş verənlərin heç də İslamın zirvəsi olmadığını, İslama iftira, həqarət, sadə dillə desək fırıldaq olduğunu söyləməsi də vəziyyətə köklü dərəcədə təsir edə bilmir. Əlbəttə ki, videogörüntüdə müşahidə etdiklərimizin İslamla heç bir əlaqəsi yoxdur, bu birmənalıdır. Bunu qeyd etməklə yanaşı sadə suala da cavab aramağa çalışaq: axı nə üçün XXI əsrin sakini dini sahədə 1400 il əvvəl bədəvi və cahil ərəbin səviyyəsindədir? Dərin təhlillərə varmayaraq söyləmək olar ki, baş verənlərin üzdə olan bir neçə səbəbi var. Əvvəla, QMİ- Öz aləmində Azərbaycanın bütün dini təsisatlarına nəzarət edən bir qurum nəinki Beşbarmaqda, digər ziyarətgahların əksəriyyətində də baş alıb gedən müftəxorluq, saxtakarlıq və fırıldaqlardan xəbərdar olmalıdır (Qeyd edək ki, Beşbarmaqda onlarla sözügedənə bənzər “özəl alver nöqtələri” mövcuddur: “Niyyət qapısı”, “niyyət daşı”, “hacət daşı” və s.). Əgər xəbərdar deyilsə, deməli orda əyləşənlər məvaciblərini əbəs yerə alırlar, yox, əgər xəbərdar olaraq göz yumullarsa, onda da bu İslam adına alverə şərikdirlər. Digər bir səbəb isə əhalinin dini sahədə savadsızlığıdır. Sıravi azərbaycanlı din haqqında hardan məlumat almalıdır? Ən böyük auditoriyaya malik TV-lərimiz, nə yazıq ki, dini verilişlərə faktiki olaraq embarqo qoyublar. Qəzetlər, demək olar ki, oxunmur. İnternetə də hər kəsin çıxışı yoxdu. Nəticədə də göz qabağındadır. Digər səbəb isə təhsil müəssisələrində dinin əsaslarının tədris olunmamasıdır. Bu barədə neçə illərdir ki söhbət aparılır. Amma söz elə söz olaraq da qalır.Bu günün şagirdi isə Beşbarmaq pirinin sabahkı cahil ziyarətçisidir. Mənbə- İslam.az Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyun, 2014 15:16 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |