|
Lənkəranda "Qazi Qarabağ" azanı səsləndirildi və geniş tərkibli tədbir keçirildi(fotolent)Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Qarabağa doğru-Haqqın və Haqqımızın səsi ilə” adlı layihəsinə dəstək məqsədilə növbəti görüşünü Lənkəran şəhərində keçirib. Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə ? tədbirdə “Qazi Qarabağ azanı” səsləndirilib. Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nazim Əmənullayev “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi və Qarabağ Seyid Ocaqlarına dövlətçiliyimiz üçün müqəddəs iş gördüklərini diqqətə çatdırıb. İctimai Birliyin sədri Sevinc Əzimbəyli “Qarabağa doğru-Haqqın və Haqqımızın səsi ilə” adlı layihəyə öz təşəbbüsləri ilə dəstək verdiklərini söyləyərək, tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə Lənkəran şəhər İcra Hakimiyyətinə minnətdarlığını çatdırıb. O, “Qazi Qarabağ azanı”nı düşmən girovluğunda əsir və yetim qalan doğma Qarabağımızın işğaldan azadlığına gedən yolda ümumilli ilahi çağırış səsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şəqrşünas Seyid Camal Əzimbəyli “Qazi Qarabağ azanı”nın əhəmiyyətindən geniş söhbət açıb. O, “Qazi Qarabağ azanı”na sahib çıxan Azərbaycan dövlətinin tezliklə doğma Qarabağımızın işğaldan azad olunmasına nail olacağına inandığını xüsusi qeyd edib. Lənkəran dindarları adından axund Ayaz Mirzəyev çıxış edərək həyata keçirilən şərəfli işdə təşkilat rəhbərlərinə uğurlar diləyərək rayon dindarlarının “Qazi Qarabağ” azanına dəstək verdiklərini və sonadək bu işdə yaxından iştirak edəcəklərini bildirib. Tədbirdə iştirak edən tanınmış ziyalılar və din adamları Lənkəran camaatının da “Qazi Qarabağ azanı”na sahib duracaqlarını vurğulayıblar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 May, 2014 20:43 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |