|
Ağdamda yerli ziyalıların, dindarların, gənclərin və rəsmi dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə konfransAğdamda yerli ziyalıların, dindarların, gənclərin və rəsmi dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilib.
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə Qarabağ bürosunun xəbərinə görə, tədbiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov açıb. Azərbaycanda bütün dinlərə və digər millətlərə tarixən tolerant münasibət bəsləndiyini deyən G. İsmayılov müxtəlif qüvvələrin respublikada dini ayrı-seçkilik və ədavət salmaq istəklərinin həmişə boşa çıxacağını bildirib.
Onun sözlərinə görə, ermənilər istisna olmaqla, əsrlər boyu Azərbaycanda bir cəmiyyətdə yaşayan xalqlar arasında milli, dini qarşıdurma olmayıb. Dözümsüzlük ideyalarının yayılmasının yolverilməzliyinə toxunan natiq qeyd edib ki, belə halların qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 May, 2014 20:24 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |