إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda çıxış etmişdir

“Bizim yolumuz azadlıq, müstəqillik yoludur”. Prezident İlham Əliyev mayın 27-də Bakının “Buta” sarayında Respublika Günü münasibətilə keçirilən rəsmi qəbul zamanı belə deyib.

Ahlibeyt.az Aztv-yə istinadla xəbər verir ki, dövlət başçısı Azərbaycanın ən böyük sərvəti olan müstəqilliyin bundan sonra da qorunacağını vurğulayıb.

İlham Əliyev qeyd edib ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti 2 ildən sonra süquta uğrasa da, həmin 2 ildə böyük işlər görülüb.

“Xalqımız  Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının xatirəsinə həmişə böyük ehtiramla yanaşır” deyən prezident İlham Əliyev bildirib ki, əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, bu gün Azərbaycan dünyada ən zəngin ölkələrdən biri olardı.

Çıxışında İlham Əliyev öz prezidentliyi dövründə görülən işlərdən də söz açıb, vurğulayıb ki, Azərbaycan xalqı sözün əsl mənasında müstəqil olması ilə fəxr edir.

Gələcəkdə görüləcək işlərə nəzər salan dövlət başçısı bununla bağlı bütün proqramların ictimaiyyət üçün açıq olduğunu diqqətə çatdırıb. Ölkədə daxili sabitliyin bundan sonra da etibarlı şəkildə qorunacağını qeyd edən İlham Əliyev bildirib ki, bunun üçün lazım olan əsas şərt xalqla iqtidar arasında birlikdir. Dövlət başçısı vurğulayıb ki, bundan sonra da demokratiyanın inkişafı, azad cəmiyyətin formalaşması sahəsində islahatlar davam etdiriləcək.

Dağlıq Qarabağ münaqişəsindən danışan İlham Əliyev təəssüflə vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişə həllini tapmayıb. Prezident İlham Əliyev bir daha bəyan edib ki, münaqişə beynəlxalq hüquq və ədalət prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Məsələnin həllində ölkə iqtisadiyyatının  güclənməsi mühüm rol oynayır və Ermənistan təcrid vəziyyətdə saxlanılmalıdır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 May, 2014  20:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!