إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Tərtərdə “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilib

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda növbəti konfrans mayın 27-də Tərtər rayonunda keçirilib.

Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə verilən məlumata görə, tədbirdə çıxış edən DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov Azərbaycanda bütün dinlərə və digər millətlərə tarixən tolerant münasibət bəsləndiyini bildirib, dini ayrı-seçkilik və ədavət salınmasının, dözümsüzlük ideyalarının yayılmasının yolverilməzliyi, belə halların qarşısının alınması məqsədilə DİN tərəfindən görülən işləri və bu sahənin daim diqqət mərkəzində saxlanıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Tərtər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidov çıxışında rayonda radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyllərə qarşı aparılan mübarizə tədbirləri barədə iştirakçılara məlumat verib.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Şabanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ regional şöbəsinin nümayəndəsi Əlizadə Nəcəfov, Qafqaz Müsəlmanları İdarəsinin Tərtər rayonu üzrə dini icmasının sədri Sadiq Cəfərov, Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev, rayon Gənclər Mərkəzinin sədri İsmayıl Məmmədov və digər şəxslər dini, mənəvi-əxlaqi dəyərlərin qorunması sahəsində görülən işlərdən danışıb, bölgələrdə belə tədbirlərin keçirilməsinin zəruriliyini qeyd ediblər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 May, 2014  20:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!