|
Hacı Şahin Həsənli Niderland səfirliyini tənqid etdiBu günlərdə cinsi azlıq nümayəndələrinin Niderland hökumətinin dəstəyi ilə Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna keçirdiyi yürüş Azərbaycanda birmənalı qarşılanmayıb. Ahlibeyt.az-ın İnterfax.az-a istinadən verdiyi məlumata görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov hesab edir ki, belə aksiyaların keçirilməsi Azərbaycanda ailə siyasətinə heç bir mənfi təsir göstərmir. “Azərbaycanda selektiv abortlar, erkən nikahlar, məişət zorakılığı və s. bu kimi problemlər daha böyük diqqət tələb edir”, - deyə E. Səfərov “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinə bildirib. Onun sözlərinə görə, bu aksiyanın iştirakçıları demokratik Azərbaycan dövlətinin üzvləridir və onlar öz fikirlərini azad ifadə etmək hüququna malikdirlər. “Komitə hazırda bu məsələ ilə bağlı tənqidi çıxış edə bilməz, lakin eyni zamanda biz bunu alqışlamırıq. Bu hadisə bu gün üçün normal haldır”, - deyə o əlavə edib. E.Səfərov söyləyib ki, Norveç və Niderlandın diplomatik nümayəndəlikləri daim bu cür aksiyalara dəstək verir, ona görə ki, “dünyada ən çox cinsi azlıqların nümayəndələri diskriminasiya və zorakılığa məruz qalırlar”. “Bu, sadəcə yaxşı reklam olunmuş aksiyadır, buna ciddi yanaşmaq lazım deyil. Aksiya Azərbaycanın ənənəvi ailə dəyərlərinə heç bir mənfi təsir göstərmir, ölkədə doğum səviyyəsinin sabit artımı bunu sübut edir”, - deyə o, fikrini yekunlaşdırıb. Azərbaycanın nüfuzlu dini liderlərindən biri Hacı Şahin Həsənli “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri ilə söhbət zamanı söyləyib ki, eyni cinsə məxsus insanlar arasında seksual münasibətlər dini baxımdan haram hesab edilir. “Müqədsdəs Quranda bu məsələ ilə bağlı açıq ayətlər var. Allah tərəfindən kişiləri haramla, yəni homoseksuallıqla məşğul olan bir qövmə nazil olmuş Lut peyğəmbər barədə xüsusilə danışılır. Xalq Lut peyğəmbərin çağırışlarına məhəl qoymayaraq Allaha qarşı çıxmaqda və bu bəd əməllərə davam etdikdə Allah onların başına qaynar daşlar yağdırıb”,- deyə ilahiyyatçı vurğulayıb. Onun fikrincə, cəmiyyətdə homoseksuallığın yayılması milli dəyərlərə pis təsir göstərə bilər. “Bu əməl xalqın sağlam təbəqəsi tərəfindən də qəbul edilimir. Cəmiyyət arasında bu cür halların yayılması insanların münasibətlərində ciddi problemlər yarada bilər və artıq kök salmış dəyərləri məhv edə bilər”,- deyə Şahin Həsənli qeyd edib. O, həmçinin belə ailələrin övladlıq götürməsi məsələsinə də toxunub. “Eyni cinsli nigahların bağlanması bəzi ölkələrdə qanuniləşib. Onlar tərəfindən uşaqların övladlığa götürülməsini insanlığın azması kimi qiymətləndirmək olar, çünki uşağın sağlam tərbiyə edilməsi üçün ata və ana lazımdır. Bu cür hal və tendensiyaların mövcudluğu təəssüf doğurur”,- deyə din xadimi vurğulayıb. Ş.Həsənlinin sözlərinə görə, Azərbaycanın Avropaya inteqrasiyası müsbət haldır, lakin bununla belə milli mədəniyyət və dini mənəvi dəyərlər qorunub saxlanılmalıdır. “Bəli, Azərbaycan Avropaya inteqrasiya edir. Bu, müsbət haldır, dövlət təcrid olunmuş şəkildə yaşaya bilməz. Lakin biz milli xüsusiyyətlərimizi mənəvi dəyərlərimizi qorumalıyıq. Biz digər mədəniyyətlərin içində itib-batmamalıyıq”,- deyə o vurğulayıb. Hacı Şahin Həsənli Niderland krallığının bu tədbirə dəstək göstərməsini səhv hərəkət adlandırıb. “Hesab edirəm ki, belə aksiyaların xaricdən maliyyələşdirilməsi səhv addımdır. Biz heç vaxt Azərbaycan cəmiyyətində təcavüzün şahidi olmamışıq ki, bu məsələdə hansısa fobiyadan danışılsın. Buna görə də Azərbaycanın milli dəyərlərinə zidd olan bu cür layihələrin təbliğini mən anlaya bilmirəm. Bunu bir növ Azərbaycana qarşı bir sıra dövlətlər tərəfindən həyata keçirilən “mədəni yürüş” adlandırmaq olar”,- deyə o qeyd edib. Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun direktoru Məlahət Fərəcova seksual azlıq nümayəndələrinin qoruqda olması faktını təkzib etməyib. “Biz gələn turistlərin kim olduğuna nəzarət edə bilmərik. Ola bilsin ki, onlar burada olublar, lakin heç bir şüar səsləndirilməyib”, - deyə o bildirib. Niderlandın Bakıdakı səfirliyində Azərbaycandakı LQBT icmasının dəstəklənməsi faktını təsdiq ediblər. “Bəli, bu, doğru məlumatdır. Biz səfirlik olaraq yürüşə dəstək vermişik. Maliyyə dəstəyini isə Niderland Xarici İşlər Nazirliyi göstərib”,- deyə səfirlikdən bildirilib Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 May, 2014 10:49 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |