|
|
Dünyanın ən böyük əlyazma Qurani-Kərimi Tehranda sərgiləndiAhlibeyt.az-ın Shafaqna-ya istinadən verdiyi xəbərə görə dünyanın ən böyük əlyazması olan Qurani Kərimin ilk 10 səhifəsi İranın paytaxtı Tehranda Mir İmad Xəttatlıq və Əlyazmalar muzeyində sərgilənmişdir. Xəttat Əli Əkbər Quçani nəsih və cəli üslubunda yazdığı Qurani-Kərim haqqında məlumat verərək bildirmişdir ki,bəzi ölkələrdə Qurana olunan ehtiramsızlıq və Quran yandırılma hallarından sonra böyük bir Qurani-Kərim yazmağa qərar verdim. Xəttat 5 il ərzində ölçüləri 175x250 sm olan Quranın 28 cüzünü yazaraq tamamlamışdır.Yazılmayan 2 cüz bitdikdən sonra Qurani-Kərimin səhifələrinin sayı 650-yə çatacağını qeyd etmişdir. Quranda işlənən hər bir "bismillahir rəhmanir rəhim" kəlməsini fərqli bir şəkildə qələmə alan Quçani bunu 114 fərqli bir formada yazmışdır.Sadəcə bir gözü ilə görə bilən 70 yaşlı xəttat Qurani-Kərimi yazmasını özü üçün bir möcüzə adlandırmışdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 May, 2014 19:07 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |