|
|
“Əl-Mizan” təfsirinin 6-cı cildi çapdan çıxacaq
Ahlibeyt.az-ın birlik.az-a istinadən verdiyi xəbərə görə bu barədə “Qələm” nəşriyyatının direktoru ilahiyyatçı Hacı Yusif Bağırov məlumat verib
“Əslən azərbaycanlı olan Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbainin qələmə aldığı möhtəşəm “Əl-Mizan” təfsirinin altıncı cildi ilk dəfə may ayının 22-si Azərbaycan dilində çapdan çıxacaq. “Təkamül” tərcümə və elmi-tədqiqat mərkəzinin və “Qələm” nəşriyyatının birgə keçirtdiyi elmi layihə əsasında “Əl-Mizan” təfsirinin 6-cı cildinin tərcüməçisi ilahiyyatçı Füzuli Şəfiyev, redaktoru isə Vüsal Hətəmovdur.
Kitab Qurani-Kərimin təfsiri olduğu üçün həddindən artıq diqqət tələb etdiyindən çapa bir az gecikdi. “Əl-Mizan” təfsirinin əvvəlki cildləri oxucular tərəfindən yüksək səviyyədə qarşılandı. “Əl-Mizan” təfsiri İslam dünyasında yeganə təfsirdi ki, bütün firqələr tərəfindən çox yüksək qəbul olunur. Bu təfsir kitabının digərlərindən özəlliyi ondadır ki, mərhum Əllamə burada ayənin təfsirini digər ayə ilə verir. Bunun həm təfsirində, həm fəlsəfi bəhslərində, həm də rəvayət bəhslərində mərhum çox incəliklərə diqqət yetirib.
Hal-hazırda 7 və digər cildlərin tərcümə və redaktə işləri gedir. Bu həftənin sonlarından dəyərli oxucular “Əl Mizan” təfsirinin 6-cı cildini kitab mağazalarından əldə edə bilərlər. ” Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 May, 2014 20:10 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |