|
|
QMİ-Din xadimləri üçün vahid geyim forması mərkəzləşdirilmiş formada paylanacaqAzərbaycanda din xadimləri üçün vahid geyim formasının eskizləri təsdiqlənmək ərəfəsindədir.Ahlibeyt.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. Onun sözlərinə görə, Azərbaycanda din xadimləri üçün tətbiq olunacaq vahid geyim formasının eskizləri artıq hazırlanıb və müvafiq dövlət qurumları ilə razılaşdırılmağa göndərilib: "Ola bilsin ki, bəzi detallarda dəyişikliklər edilsin. Eskizlərin yaxın zamanlarda təsdiq olunması gözlənilir. Bundan sonra onların əsasında tikilmiş geyimlərin ilk nümunələri Qafqaz Müsəlmanları İdarəsində din xadimləri üçün təşkil edilmiş təkmilləşdirmə kurslarının ilk məzunlarına veriləcək. Din xadimləri üçün geyim formaları mərkəzləşdirilmiş formada yalnız bir yerdə tikiləcək. Daha sonra onların kütləvi şəkildə, lakin mərkəzləşdirilmiş formada bütün respublika üzrə din xadimlərinə paylanması istisna edilmir". Qeyd edək ki, mayın 13-də QMİ-də din xadimləri üçün təkmilləşdirmə kurslarının açılışı olub və din xadimlərinin vahid geyim formasına keçəcəyi də ilk dəfə təkmilləşdırmə kurslarının açılışına həsr olunmuş konfransda açıqlanıb. Xatırladaq ki, bir ay davam edəcək ilk kursda respublikanın müxtəlif bölgələrindən gəlmiş 50 din xadimi iştirak edir. Təkmilləşdirmə kurslarına din alimləri ilə yanaşı, Bakı Dövlət Universiteti və Bakı İslam Universitetinin professor və müəllim heyəti də cəlb edilib. Kursun sonunda din xadimlərinə müvafiq sertifikatlar təqdim olunacaq. Kursun keçiriləcəyi müddət ərzində iştirakçıların bütün xərcləri QMİ tərəfindən ödənilir. Din xadimləri üçün təkmilləşdirmə kursları davamlı olaraq təşkil ediləcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 May, 2014 17:27 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |