|
Musa Quliyev- Süni mayalanma ilə bağlı qanun lahiyəsi yubanırBir müddət öncə Qafqaz Müsəlmanları İdarəsi öz saytında ölkədə süni mayalanma əməliyyatı tətbiq olunan zaman bəzi məqamları nəzərə almaqla bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, qadının yumurtasının ərindən başqa bir donor kişinin nütfəsi ilə birləşdirilərək süni mayalanma yolu ilə hamilə edilməsi haramdır və bu yolla doğulan uşaqlar haramzadə sayılır, şəriət normalarına görə vərəsəlik hüququndan məhrum olur. Məlumatda o da vurğulanıb ki, qurum dini mərkəz olaraq bu məqamlara dair ətraflı fikir və rəyləri “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanun layihəsinin müzakirələri gedərkən Milli Məclisin müvafiq komitəsinə təqdim edib. “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanunda Qafqaz Müsəlmanları İdarəsinin qeyd etdiyi məqamlar əksini tapacaqmı? Ahlibeyt.az-ın Mediaforum-a istinadən verdiyi xəbərə görə Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, sözügedən qanun layihəsində süni mayalanma ilə bağlı ziddiyyətli məqam yaranıb: “Qafqaz Müsəlmanları İdarəsi özlüyündə haqlıdır. Qurum bildirir ki, ölkə əhalisinin çoxu müsəlmandır. Müsəlman ölkələrinin heç birində donorluğa icazə verilmir. Amma bir məsələ də var ki, “Əhalinin sağlamlığının qorunması haqqında” 1996-cı ildə qəbul edilən qanuna görə ölkədə donorluğa icazə verilir. Belə çıxır ki, Qafqaz Müsəlmanları İdarəsinin dediyini əsas götürsək, əvvəlki qanunun mövcud maddəsini ləğv edib ölkədə donorluğa qadağa qoymalıyıq. Onda da problem yaranır, dünya ölkələri bizə necə baxacaq? Deyəcəklər, hüquqi dövlət elan etmisiniz, müstəqilliyin bərpasından 5 il sonra qanuna mütərəqqi maddə salmışınız, üstündən 18 il keçəndən sonra yenidən geri qayıdırsınız?” Musa Quliyev hesab edir ki, sözügedən məsələdə fikir ayrılığı yarandığı üçün problem ətrafında müxtəlif kateqoriyalı mütəxəssislərlə, siyasətçilərlə məsləhətləşmək lazımdır: “Qanun layihəsinin müzakirəsi də buna görə yubanır. Milli Məclisin yaz sessiyasının gündəliyində yoxdur. Payız sessiyasının gündəliyinə çıxarılsa, məsələnin hansı variantda həll edilməsinə baxacağıq”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 May, 2014 08:26 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |