|
|
Ziyarətgahlar diyarı Laçının işğalından 22 il keçirLaçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 22 il ötür. İyirmi iki ildir ki, 70 mindən artıq laçınlı respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır. 1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. Qeyd edək ki, rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsi ilə daxil olub. İşğal altında qalan laçın torpaqlarında qalan onlarla məscid ziyarətgahların bir çoxunun yalnız yaddaşlarda qalan adları haqda məlumat əldə etmək mümkündür Tarixi-dini abidələri “Hacı İbrahim ağa” Ziyarətgahı (Laçın rayonu, Piçənis kəndi) “Seyid Cabbar ağa” Ziyarətgahı (Laçın rayonu, Molla Əhmədli kəndi) “Seyid Fərman ağa” Ziyarətgahı (Laçın rayonu, Minkənd kəndi) “Seyid Sadıq ağa” Ziyarətgahı (Qara Seyid) (Laçın rayonu, Qovuşuq kəndi)
Tarixi memarlıq abidələri
Alı Xəlifə ocağı Laçın rayonu Böyük Seyidlər kəndində yerləşir. Alı Xəlifə Qarabağın ən nüfuzlu ağsaqqallarından, ağır seyidlərdən biri idi. Ağa Böyük Seyidlər kəndində rəhmətə gedib. Sərdabəsi kənd qəbiristanlığındadır. Onun müqəddəs məzarı Qarabağ camaatının ən ulu səcdəgahlarından biridir. Seyid Hüseyn ağa ziyarətgahı Laçın rayonu Böyük Seyidlər kəndində yerləşirdi. Seyid Hüseyn ağa cəddinin müqəddəsliyini qoruyub saxlayaraq insanların rəğbətini qazanmış və onların ziyarətgahına çevrilmişdi. Ağanın evinə və ocağına olan inamın müqabilində külli miqdarda nəzir gələr, o isə nəzirin bir hissəsini onların özünə qaytarır, digər hissəsini isə fağır-füğaraya paylayardı. Güllü qəbir piri Laçın rayonu Böyük Seyidlər kəndində yerləşirdi. Hacı İbrahim ağa Qarabağın adlı-sanlı seyidlərindən olan Xudavəndə Xəlifənin nəvəsi idi. Hacı seyid İbrahim ağanın məzarı Seyidlər kəndinin qəbiristanlığındadır və ağır ziyarətgahlardan sayılır. Ağanın ocağında qızılgül bitmişdi. Elə ona görə də məzarına "Güllü qəbir" deyirlər.
Ağaoğlançay məbədi vı əsr
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 May, 2014 13:27 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |