إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli QMİ-ilə bağlı kompromat savaşından danışdı

“QMİ-də sədr seçimi qurumun öz səlahiyyətlərinə aid məsələdir. Heç vaxt bu quruma sədr olmaq düşüncəsində olmamışam. Şeyxülislam o idarəyə rəhbərlik edir və onun rəhbərliyində hər hansı problem görmürəm”. Ahlibeyt.az Teleqraf.com-a istinadən xəbər verir ki,bu barədə tanınmış ilahiyyatçı alim,  “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli deyib.  O, “Yeni Müsavat” qəzetinin yazdığı “Dini sahəni yaxşı bilən ekspertlərin fikrincə, bu qurumun başına normal və hörmətli bir dindarın gətirilməsi onun üçün faciə ilə nəticələnə bilər. Bu baxımdan, 2001-ci ildən Bakıda fəaliyyət göstərən "Məşədi Dadaş" məscidinin imam-camaatı Hacı Şahin Həsənlinin adının sadəcə bu mövzuda hallanması ona qarşı kompromat savaşının başlanması ilə nəticələnib” fikirlərini şərh edib. Hacı Şahin Həsənli qeyd edib ki, ona istiqamətlənən kompramat savaşı radikal cərəyanlara qarşı tutduğu mövqe ilə bağlıdır: “Azərbaycanın dini mühitinin kənar təsirlərə məruz qalmaması üçün fəaliyyət göstəririk. Kimsə bunu özünə maneə görür. Düşünürəm ki, xarici dairələr tərəfindən istiqamətlənən qeyri-ənənəvi təriqətlərin ötürdüyü materiallardır”. Allahşükür Paşazadənin səhhətinin yaxşı olduğunu söyləyən imam-camaat vurğulayıb ki, QMİ ilə əməkdaşlıq edir:  “Bir neçə gün öncə bir tədbirdə idik. Hazırda QMİ ilə əməkdaşlıq edirik. Hesab etmirəm ki, şeyxülislam qurumu faciəli vəziyyətə salıb. Ümumiyyətlə, bu barədə fikir yürütməyi özüm üçün qeyri-etik hesab edirəm”

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 May, 2014  18:21 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!