|
|
Azərbaycanda "İslam Bank"ı fəaliyyətə başlayırAhlibeyt.az fins.az-a istinadən xəbər verir ki, yaxın günlərdə fəaliyyətini bərpa etməyə hazırlaşan "Kövsərbank" əhalidən əmanətləri yeni üsulla qəbul etmək fikrindədir. Bu barədə bankın idarə heyətinin sədri Heydər İbrahimov bildirib. Onun sözlərinə görə, "Kövsərbank" islam bankçılığı qaydaları ilə fəaliyyət göstərmək niyyətindədir: "İslami qaydalarına əsasən faiz haram sayıldığına görə, əhalidən əmanətləri adi qaydada qəbul etməyəcəyik. Adamlar banka əmanəti investisiya kimi yatıracaqlar". H.İbrahimovun sözlərinə görə, banka əmanət qoymaq istəyənlər onu ya bankın maliyyələşdirdiyi layihələrə investisiya kimi yatıracaqlar, ya da pul yatırmaqla bankın səhmdarı olacaqlar. Qeyd edək ki, "Kövsərbank"ın bank lisenziyası bir qədər əvvəl bərpa edilib. 2010-cu ildə bankın lisenziyası ümumi kapitala minimum tələblərin yerinə yetirilməməsinə, bank qanunvericiliyində yol verilən pozuntulara, həmçinin etibarlı və prudensial qaydada idarəetmənin və cari fəaliyyətin həyata keçməməsinə görə ləğv edilmişdi. Amma 2013-cü ilin aprelində bank səhmdarının müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsi 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin "Kövsər Bank" ASC-nin müflisləşməsi haqqında qətnaməsinin ləğv edilməsinə dair qərar çıxarıb. Bununla əlaqədar olaraq Azərbaycan Mərkəzi Bankı (AMB) "Kövsər Bank"ın lisenziyasını aprelin 9-da bərpa etməli olub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 May, 2014 18:16 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |