|
|
Samir Salam "Çağrı"-nı təqdim etdi Ramanada yerləşən Əlillərin Peşə və Reablitasiya Mərkəzində daha çox dini mövzuda mahnıları ilə tanınan Samir Salamın "Çağrı" adlı mahnısına çəkilmiş klipin təqdimatı olundu. Ahlibeyt.az Qafqazinfo-ya istinadən xəbər verir ki, "Yeni Yurd" Təşkilatının yardımı ilə baş tutan tədbirdə tanınmış ilahiyyatçılar, müğənnilər, eləcə də klipin yaradıçı komandası iştirak edirdi. Əvvəlcə Samir Salam təqdimatın əlil qardaş və bacılarının iştirakı ilə keçirilməsindən çox məmun olduğunu bildirdi. "Çağrı" mahnısının sözlərinin özünə, musiqisinin isə dünyaca məşhur olan Adriano Çelentanoya aid olduğunu qeyd etdi. İnsanları mərhəmətli olmağa səsləyən klipin ssenarisi tanınmış rejissor Şahin Zəkizadəyə məxsusdur. Klipdə dünyada baş vermiş faciələrdən, döyüş ocaqlarından, o cümlədən Azərbaycanın qara günlərindən kadrlar yer alır. Süjet xəttinə gəlincə, klipin əvvəlində Samir Salam oğlunu evdə tv qarşısında qoyub gedir. Balaca uşaq həmin kadrları izlədikcə ağlayır, həyəcan keçirir. Evə xanımı ilə dönən Samir Salam uşaqlarının qocaldığını görürlər. Uşağın bir neçə saatda qocalmasını göstərməklə, klip müəllifi insanın baş verən müsibətlər qarşısında nə qədər böyük əzab çəkdiyini ifadə etmək istəyib. Təqdimatda ilahiyyatçılar,İctimaiyyət təmsilçiləri, müğənnilər, Əhlibeyt məddahları,əlillər və İlahi mahnılar qrupları iştirak ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 May, 2014 15:03 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |