|
Təhsil Nazirliyindən nurçulara ağır zərbəTəhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev ötən gün jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycanın Memarlıq və İnşaat Universitetinin nəzdində olan “Damla” yataqxanası boşaldılacaq və “Sabah” qruplarında təhsil alan regionlardan gəlmiş tələbələr həmin yataqxanada məskunlaşacaqlar. Azərbaycanın Təhsil Nazirliyi Fəthullah Gülən camaatına məxsus “Damla” tələbə yataqxanasının rəhbərliyinə xəbərdarlıq edərək yerləşdikləri binadan çıxmalarını tapşırıb. Ahlibeyt.az Aznews-a istinadən xəbər verir ki, buna səbəb Təhsil Nazirliyi ilə “Damla” rəhbərliyi arasında imzalanan icarə müqaviləsinin bitməsidir. Nazirlik “Damla”nın rəhbərliyini xəbərdar ediib ki, yerləşdikləri binanın icarə müqaviləsi yenilənməyəcək və builki tədris ilinin sonunda bina boşaldılacaq. Yataqxana rəhbərliyi isə nazirliklə müzakirələrin davam etdiyini bildirir. Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev ötən gün jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycanın Memarlıq və İnşaat Universitetinin nəzdində olan “Damla” yataqxanası boşaldılacaq və “Sabah” qruplarında təhsil alan regionlardan gəlmiş tələbələr həmin yataqxanada məskunlaşacaqlar. Qeyd edək ki, “Damla”nın Türkiyənin ayrı-ayrı bölgələrində də yataqxanaları var.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 May, 2014 12:42 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |