إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli-Hesab edirəm ki,bütün bunlar bir təxribatdır

 

 

 

Son günlər mediada Tanınmış İlahiyyatçı alim, “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli haqqında müxtəlif mövzulu məqalələr yer almışdır

Bu fikirlərin əsaslı və ya əsassız olduğunu öyrənmək üçün Politika.az-ın əməkdaşları Hacı Şahin Həsənli ilə əlaqə saxlayaraq sözü gedən məlumatlarda onunda mövqeyini öyrənmişdir.

- Son günlərdə mətbuatda adınız tez-tez hallanır. Sizcə bunun bir səbəbi varmı?

- Hesab edirəmki, bütün bunlar bir təxribatdır. Çünki biz dində yaranan radikal cərəyana qarşı sərt mövqe nümayiş etdirmişik. Bu mövqeyimizə görə bizə fiziki qüsur yetiriləcəyi, terror törədiləcəyi barəsində təhdidlər olunmuşdur. Bu təhdidlərin qarşısı alındıqdan sonra hesab edirəmki, həmin şəxslər bu addımı atırlar. 

- Müsahibələrinizdən birində şəriətdə rəssamlıqla bağlı yer alan hökmlərdən danışmısınız. Bu müsahibədən sonra bəzi rəssamların sizə etiraz etdiyi bildirilir. Buna münasibətiniz necədi?

- Etiraz yox, bunlar daha çox fikir mübadiləsidir. Hər kəs öz şəxsi fikrini söyləmək hüququna malikdir. Qeyd olunan məsələylə bağlı bəzi rəssamlar mənlə razı olduqları, bəzi rəssamların “sənət azaddır” deməkləri, bəzilərinində tam qarşı çıxmaları normal haldır. 

- Kişilərin cinsini dəyişdirə bilməsi haqqında dedikləriniz cəmiyyətdə şok effekti yaratdı. Yayılan məlumatlardan sonra məscidə gələnlərin və ətrafınızdakı gənclərin uzaqlaşdığı bildirilir. Doğrudurmu?


- Əksinə, bu cümə əvvəlkilərdən daha çox izdiham müşahidə olunub. Din adamları başa düşürki, mən şəxsi fikrimi yox şəriətdə qeyd olunan fikirləri izah etməyə çalışmışam. Yayılan həmin müsahibə 1 il bundan əvvəl lentə alınıb. Məsələnin indi şişirdilməsi QMİ-yə və mənə qarşı təxribatdır. Bildiyimiz kimi bəzi insanlarda 2 cinslilik xəstəliyi var. Onlar bu cinslərdən birini seçməkdə azaddırlar. Lakin kişinin cinsini dəyişməsi qəbul olunan deyil. Ümumiyyətlə bu məsələ ilə bağlı şəriət alimləri arasında fikir ayrılığı var.

- Politika.Az-ın e-mail ünvanına sizin Mirəziz Seyidzadənin dəfnində iştirak etməməniz və bununda səbəbi kimi son günlər sizin haqqınızda yayılan məlumatlara görə Şeyxin sizə qadağa qoyması göstərilir. Bu fikrə münasibətiniz?

- Bəli, doğrudur. Dəfndə iştirak etməmişəm. Çünki yas mərasimi Masallıda həyata keçirilib. İnşAllah bu cümə Bakıda təşkil olucaq yas mərasimində iştirak edəcəm.

Qeyd edək ki, axund müsahibə zamanı bu gün QMİ-nin tədbirində iştirak etdiyini və Qafqaz Müsəlmanları İdarəsinin Şeyxi tərəfindən səlahiyyətli nümayəndə təyin olunduğunu bildirdi.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 May, 2014  16:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!