|
Azərbaycanda din xadimlərinin vahid geyimi olacaq“Dini sahədə maarifləndirmə Qafqaz Müsəlmanları İdarəsinin istədiyi səviyyədə deyil”.
Apa-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kursunun açılışı ilə bağlı keçirilən konfransda Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev deyib.
O bildirib ki, bir ay ərzində din xadimlərinin vahid geyim məsələsi də həllini tapacaq: “Necə vaxtdır, dövlət rəhbərliyi səviyyəsində din xadimlərinin geyim məsələsinin həlli tapşırılmışdı. Nəhayət, Kamal Abdulla dövlət müşaviri təyin olunandan sonra həllini tapdı”.
V. Məmmədəliyev İslam Universitetinin diplomlarının tanınmaması məsələsinə də toxunub: “İslam Universitetinə artıq status verilib, magistratura və aspiranturada bu universitetin diplomları niyə tanınmır? Bu məsələ də həllini tapmalıdır”.
V. Məmmədəliyev bildirib ki, şəhidlik statusu din xadimləri vasitəsi ilə cəmiyyətə başa salınsa, Suriyaya gedən olmaz: “Şəhidlər Vətən, namus, din yolunda həyatını fəda edənlərdir. Pul üçün döyüşənlərə şəhid deyilə bilməz. Biz başqa ölkənin işinə niyə qarışırıq? Özünü belə qəhrəman sayırsansa, Qarabağda partizan kimi döyüş, Suriyaya niyə gedirsən?”
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə isə Mübariz İbrahimovun şəhidlik zirvəsinə yüksəldiyini söyləyib: “Kimsə Mübariz İbrahimova döyüşmək tapşırmışdı? Özü torpaq uğrunda döyüşüb, şəhid oldu”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 May, 2014 13:26 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |