|
|
Hadı Rəcəbli-Cəmiyyətin idarə olunmasında dinin rolu və yeri çox böyükdür"Din dövlətdən yox, hökumətdən ayrı olmalıdır. Cəmiyyətin idarə olunmasında dinin rolu və yeri çox böyükdür". Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimləri üçün keçirilən təkmilləşdirmə kursunun açılışında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. Millət vəkilinin fikrincə, bu məsələdən danışılanda heç kim biganə qalmamalıdır: "Din dövlətdən ayrıdır deyib biz tamam dindən kənarda qalsaq, düz olmaz. Bunun fəsadlarını dünya görür. Buna örnək, ulu öndərimiz Heydər Əliyev o zaman cavan şeyx olan Allahşükür Paşazadə ilə dostluq edirdi. Bu dostluğun içində çox şeylər var idi. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev həmin ənənəni davam etdirir". H.Rəcəbli din xadimlərinin vahid geyimdə olması məsələsinə də toxunub: "İş təkcə geyim formasının olması ilə bitmir. Mən də formanın tərəfdarıyam. Bu forma məzmunla da tamamlanmalıdır. Məzmunsuz forma heç kimə lazım deyil". Onun fikrincə, dünyada bir çox münaqişələr dini və təriqət ayrı-seçkiliyi zəminində yaranır. Bu, dünyanın siyasi texnologiyalarında geniş istifadə olunan metodlardan biridir. Ona görə də bu baxımdan din xadimlərinin maarifləndirilməsi və təkmilləşdiriməsi önəmlidir. Millət vəkili qadın məclislərini idarə şəxslərin də ciddi təkmilləşdirilməsinə ehtiyac duyulduğunu vurğulayıb: "Qadın məclislərini mərsiyəxan kimi qadınlar idarə edirlər. Orada nə qədər nöqsanlar və problemlər var. Hər bir din xadimi öz ərazisində olan qadın mərsiyəxanlarla iş aparmalı, eyni zamanda bu qrup adamlar keçirilən belə seminarala cəlb edilməlidir". QMİ sədri şeyxülislam Allahşükür Paşazadə də bu məsələyə diqqət yönəldiləcəyini açıqlayıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 May, 2014 13:20 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |