إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Kamal Abdulla: "Azərbaycanı parçalamaq istəyən qüvvələr çoxdur"

Azərbaycan dövləti bu gün inkişaf edir və müsbətə doğru dəyişir.”

Ahlibeyt.az SalamNews-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Millətlərarası, Multikultiralizm və Dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla deyib.

O, Azərbaycanı parçalamaq istəyən qüvvələrin çox olduğunu vurğulayıb: “Həmin qüvvələr dəfələrlə ölkəmizi dağıtmağa və parçalamağa cəhd göstərdilər, amma istəklərinə çata bilmədilər. Dövlət azərbaycançılıq məfkurəsi istiqamətində hər cür fəaliyyəti dəstəkləyərək, dövlətçiliyimizə qarşı çıxanlara rədd cavabı verir.”

K.Abdulla gənclərimizin qorunmasının vacibliyindən danışıb: “Məktəbdən sonra müxtəlif istiqamətlərə yönələn gənclərimizi qorumalı və onları düz yola dəvət etməliyik. Biz onları Allahın qəzəbinə düçar olmamaları üçün qorumağa çalışmalıyıq. Gənclərimizi təmiz dini əqidələr üzərində tərbiyə etmək formalaşdırmaq qarşımızda duran əsas məqsəd olmalıdır.”

Dövlət müşaviri “Din xadimlərinin təkmilləşdirmə kursu” layihəsinə toxunub və bu layihənin gerçəkləşməsini mühüm addım adlandırıb: “Bu layihə çox böyük biri işin təməlinin qurulması deməkdir. Bu lahiyəyə qatılacaq din xadimləri sevinməlidirlər ki, onlar üçün belə bir şərait yaradılıb. Düşünürəm ki, mənəvi miras dediyimiz dəyərlər bu layihə sayəsində yenidən yerini tutacaq.”

Onun sözlərinə görə, Azərbaycanı varlı, güclü görmək din xadimlərinin qarşısında duran əsas vəzifə olmalıdır. Onlar məscidlərimizin, mədrəsələrimizin fəaliyyətinin güclənməsi, insanlarımızın ürəyində Allah eşqinin daha da güclənməsinə çalışmalıdırlar.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 May, 2014  12:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!