|
|
Milli Məclisdən cavab-QMİ-nin süni mayalanma ilə bağlı qaldırdığı bütün məsələlər nəzərə alınıbXəbər verildiyi kimi bir neçə gün öncə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Milli Məclisinin Sosial siyasət komitəsinə süni mayalanma ilə bağlı müraciət edib. Modern.az xəbər verir ki,məsələ ilə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, bu məsələni iki il öncə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə müzakirə ediblər. “Biz müzakirəyə çıxardığımız layihədə Qafqaz Müsəlmanları İdarəsinin qaldırdığı bütün məsələləri nəzərə aldıq. Ona görə də bəyan edirəm ki, müzakirə olunan layihə variantlarında hazırda Qafqaz Müsəlmanları İdarəsinin əleyhinə getdiyi hər hansı məsələ yer almayıb. Müxtəlif müzakirələrdə müxtəlif fikirlərin səsləndirilməsi müzakirədə olan layihəyə heç bir aidiyyatı yoxdur. Bir daha bildirmək istəyirəm ki, müzakirə olunan sənəddə belə məsələlər yoxdur. Əslində bizim komitə ilə Qafqaz Müsəlmanları İdarəsinin fikirləri üst-üstə düşür”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 May, 2014 10:22 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |