إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dini Icmalar ararası mini futbol turnirinin qalibi müəyyən olundu(foto)

Dini Icmalar ararası mini futbol turnirinin qalibi müəyyən olundu

Dini Qurumlarla İş üzrə dövlət komitəsinin təşəbbüsü ilə keçirilən “Tolerantlıq Kuboku”uğrunda ənənəvi mini futbol yarışının final görüşü başa çatmışdır.

Final yarışında Bakı Şəhər "Məşədi Dadaş" Məscidi və Sumqayıt Şəhər "Cümə" Məscidinin dini icmalarının mini futbol komandaları arasında baş tutumuşdur.Görüşün əsas hissəsi bərabər hesabla bitmişdir 3:3.

Final yarışının qalibi müəyyən edilməsi üçün komandalar rəqib qapılara vurulan topların hesabı ilə müəyyən edilmişdir.

Görüşün əlavə hissəsi 7-6 hesabı ilə Sumqayıt Şəhər "Cümə" məscidi dini İcmasının qələbəsi ilə sona çatmış və komanda turnirin qalibi elan olunmuşdur.

Yarışmanı izləməyə gələnlər arasında Bakı Çəhər"Məşədi Dadaş" məscidinin axundu tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənli,Sumqayıt ""Cümə" məscidinin axundu Hacı Rauf Sərdərov, dini icmaların üzvləri,icma rəhbərləri,yarışın təşkilat komitəsinin üzvləri o cümlədən DQDK-nın sədr müavini Gündüz İsmayılov yer almışdır.

Yarışmanın sonunda Sumqayıt Şəhər "Cümə" Məscidinin komanda üzvləri yarışın Kuboku və qızıl medallarla həmçinin turnirdə ikinci sırada yer alan Bakı Şəhər "Məşədi Dadaş" Məscidinin komanda üzvlərinə turnir Kuboku və gümüş medallar təqdim olunmuşdur.

Qeyd edək ki,May ayının 10-da Park İnn oteldə II”Tolerantlıq Kuboku” üzrə dini icmalar arası mini futbol yarışmasının qaliblərinin- I yer Sumqayıt "Cümə" Məscidi,II yer Bakı "Məşədi Dadaş" Məscidi və III yer Sabunçu rayon İmam "Hüseyn Məscidi" dini icmaları futbol komandalarıın mükafatlandırılması ilə əlaqədar təşkilatçılar tərəfindən tədbir keçiriləcəkdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 May, 2014  15:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!