|
|
DQİDK-nin dini icmalar arasında keçirdiyi müsabiqə yekunlaşıbÜmummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini icmaların nümayəndələri arasında “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı məqalə müsabiqəsini yekunlaşdırıb. Müsabiqənin münsiflər heyətinin sədri, DQİDK-nın sədrinin 1-ci müavini Səyyad Salahlının SalamNews-a verdiyi məlumata görə, ümumilikdə 50-ə yaxın yazı müsabiqədə iştirak edib. İctimai-siyasi-yaradıcılıq təşkilatlarının nümayəndələrindən və komitə rəhbərliyindən ibarət olan münsiflər heyəti üzvlərinin verdiyi qiymətlərə əsasən ilk üçlük müəyyənləşdirilib. Belə ki, 3-cü yerə Qaradağ rayonu, Qızıldaş qəsəbə məscidi dini icmasının sədri Fərhad Ağayev, 2-ci yerə Oğuz şəhəri Cümə məscidi dini icmasının sədri Şövkət Cəlilov və 1-ci yerə Göyçay rayon Mərkəz məscidi dini icmasının sədri Müşfiq Əsgərov layiq görülüblər. Bundan başqa 3 nəfər həvəsəndirici mükafat qazanıb. Qaliblər I yer üçün – 500 , II yer üçün – 400, III yer üçün – 300 manat pul və Dövlət Komitəsi tərəfindən diplomlarla mükafatlandırılacaqlar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 May, 2014 13:23 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |