|
"Azərbaycan və Əhli-beyt irsi” kitabı çap olunmuşdurDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunan “Azərbaycan və Əhli-beyt irsi” adlı kitab işıq üzü görüb. Nəfis tərtibatda “Elm və təhsil” nəşriyyatında işıq üzü görən və ön sözü Dövlət Komitəsinin sədri Elşad İskəndərov tərəfindən yazılan əsər akademik Vasim Məmmədəliyevin ümumi redaktəsi ilə çap olunmuşdur. Kitabın elmi rəyçisi AMEA-nın M.Fizuli adına Əlyazmalar İnstitutunun direktoru, professor Teymur Kərimlidir. Bu dəyərli tarixi və mənəvi tədqiqat əsərinin çapı Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərimizə verdiyi əhəmiyyətin növbəti göstəricisidir.
Əsərdə Azərbaycanın sosial və mədəni həyatının Əhli-beyt irsi ilə bağlı yönlərini tədqiq edən məqalələr öz əksini tapmışdır. Azərbaycanda Əhli-beyt mənsublarının adları ilə bağlı ziyarətgahlar, ədəbiyyatımızda Əhli-beyt irsinin rolu, ölkəmizdəki birgə yaşayış ənənəsinin və dinlərarası tolerantlıq mühitinin formalaşmasında Əhli-beytə olan sevginin rolu, Əhli-beyt irsinin qorunmasında Azərbaycan xalqının rolu və digər mövzularda ölkəmizdəki ilahiyyat sahəsindəki aparıcı mütəxəsislər tərəfindən qələmə alınmış sanballı məqalələrə yer verilmişdir. Kitabda ölkəmizdəki Əhli-beyt irsinin faktiki izləri və dövlətin dinə olan qayğı və dəstəyinin bariz nümunələrindən ibarət fotoşəkillər ayrıca maraq mövzusudur.
Kitabda Əhli-beyt irsinin ölkəmizdəki izləri hesab olunan və Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə və bu dəyərlərin ayrılmaz bir hissəsi olan Əhli-beyt irsinə göstərdiyi qayğının nümunəsi kimi dövlət tərəfindən əsaslı təmir və bərpa olunan Bibiheybət məscid-ziyarətgah kompleksi, həmçinin bu ənənənin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev cənabları tərəfindən Gəncə İmamzadə ziyarətgah-komplekslərinin əsaslı təmirindən, bu mühüm dini-tarixi abidələr haqqında ətraflı məlumat verilmişdir.
Azərbaycanın milli-mənəvi dəyərlərinin tədqiqi sahəsində yazılmış nadir əsərlərdən olan “Azərbaycan və Əhli-beyt irsi” kitabının əsas məqsədi azərbaycanlıların milli kimliynin formalaşmasında, ölkəmizin dini, ədəbi və sosial həyatında tarixən bu irsin oynadığı rolu üzə çıxarmaqdır.
Əsər milli-mənəvi dəyərlərimizin tədqiqi, ənənəvi dini dəyərlərimiz barəsində cəmiyyətin maarifləndirilməsi sahəsində yeni araşdırmaların aparılacağına da ümid verir.
DQİDK-nin Mətbuat xidməti
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 May, 2014 16:41 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |