|
İmam Mühəmməd Baqirin(ə)mübarək mövlud günüdürBeşinci imam həzrət Mühəmməd Baqir (ə) 57-ci hicri ilinin rəcəb ayının birində Mədinə şəhərində dünyaya gəldi. Babasına çox bənzədiyi üçün o həzrətin adını Mühəmməd qoydular. Elmin sirlərini aşkar etdiyinə görə isə ona “Baqir” ləqəbini verdilər. Atası həzrət Səccad (ə), anası isə imam Həsənin (ə) qızı Fatimə idi. O həzrət (ə), nəsli həm ata, həm də ana tərəfindən həzrət Peyğəmbərə çatan ilk imam sayılır. İmam Mühəmməd Baqir (ə) həmişə təzə və səliqəli paltar geyərdi.Bir gün dardüşüncəli insanlar o həzrəti tənqid edərək, baban Əli (ə) köhnə və ucuz paltarlar geyərdi, bəs sən niyə bahalı libaslar geyinirsən – deyə söylədi? O həzrət (ə) isə onların cavabında belə buyurdu: “O dövrdə insanlar yoxsul və kasıb yaşadığı üçün, Əli (ə) da ucuz paltar geyməli, sadə xörək yeməli idi. Lakin bu gün camaat rifah və rahatlıqda ömür sürdüyünə görə mən belə paltarlardan geyməliyəm. Babamın o dövrdə gördüyü iş ədalət və rəhbərliyinə uyğun olduğu kimi, mənim də gördüyüm iş ədalət və rəhbərliyimə uyğundur.” İmam Muhəmməd Baqir çox çalışardı. O həzrətin bağları və tarlaları var idı. Onun özü də sadə bir əkinçi kimi, tarlaya gedər, fəhlələrlə birgə işləyib onlarla bərabər yeyərdi.Bağ və tarlalarından əldə etdiyi qazancı Allah yolunda sərf edib, fəhlələrin bütün ehtiyaclarını təmin edərdi. Belə ki, öz zamanında Hicazda ən səxavətli şəxsiyyət kimi tanınmışdı. İmam Baqir (ə) heç vaxt əsəbləşməz,rastlaşardığı insanlara hörmət göstərər, mehribanlıqla görüşərdi. Özü bu haqda belə buyurur: “Bu iş ürəkləri bir-birinə yaxınlaşdırıb, düşmənçilikləri aradan qaldırar. İmam (ə) dua edərkən çox ağlar amma heç vaxt ucadan, hönkür-hönkür ağlamazdı. Şeyx Müfid imam Baqir (ə) haqqında belə yazır: “O həzrət bütün elm və mərifətlərə bələd idi. Bütün ömrünü öz Allahına itaət etməklə başa vurmuşdu. Təqva və pərhizkarlığında möhkəm və sarsılmaz idi. Bağladığı əhdü-peymanına həmişə sadiq qalardı. Ürəyinin saflığı, ruhunun paklığı və insani rəftarları hamını heyran qoymuşdu. O, camaata İslam əxlaqını təlim edərək onları məhz bu əxlaqla tərbiyələndirərdi. Sözü və əməli bir idi. Davranışı insani və islami idi. O, böyük arif, misilsiz bir abid idi. Onun insani zinətlərini vəsf etməkdə acizəm.“ O biri imamlar kimi imam Mühəmməd Baqirin (ə) də elm və biliyi vəhydən qaynaqlandığı üçün bütün məsələlərin cavabını bilirdi. İmamın elmi şəxsiyyəti o qədər yüksək idi ki, alimlər onun məclisində şagird müəllimin qarşısında əyləşdikləri kimi əyləşərdi. İmamın elmi məqamı o qədər yüksək idi ki, hər yerdə Peyğəmbərin ailəsindən danışıldığı zaman imam Mühəmməd Baqiri (ə) Peyğəmbərin elminin yeganə varisi sayırdılar. İlk hicri əsrində hələ kağız sənayesi rumluların əlində idi. Misir xristianları bu sənəti rumlulardan öyrənib özləri də kağız istehsal edib xristianların şüarı olan “Ata-oğul-ruhul qüdus” (Buna “təslis”deyilir. Yəni üç tanrıya inanırdılar.) şüarını çap etdilər. Əbdülməlik Mərvan həmin kağızları görüb yazının mənasını öyrəndikdə çox narahat oldu. Misir İslam ölkəsi idi və bu şüardan istifadə etmək ağlabatan deyildi. Buna görə də dərhal Misir hakiminə belə bir məktub yazdı: “Bundan belə kağızların üstündə “tövhid” şüarını yazmalısınız. Üstündə tövhid şüarı yazılmış yeni kağızlar Rum şəhərlərinə çatdı və Rumun padşahı olan Qeysər əhvalatı öyrənib Əbdülməlikə məktub üstündən məktub göndərərək onu belə hədələdi: “əgər bu şüarı pozdurmasan, Rumda kəsdirilən sikkələrin üstünə İslam Peyğəmbərinə həqarətli sözlər yazmalarını əmr edəcəyəm. Bu sikkələr kəsildikdən sonra artıq sənin abrın gedəcək.” Əbdülməlik öz-özünə düşündü ki, “əgər bu iş baş tutsa, işin səbəbkarı olduğum üçün İslam hökmdarlarının ən pisi hesab edilərəm.Məmləkətin böyükləri ilə məsləhətləşdi, lakin heç bir nəticə almadı. Ona dedilər Ki, “Bu məsələnin həllini imam Mühəmməd Baqirdən soruşmalıyıq.” Əbdülməlik onun təklifini bəyənib dərhal Mədinə hakiminə əmr etdi ki, İmamı etiramla Şama göndərsin. Özü də Qeysərin elçisini Şamda saxladı. İmam (ə) buyurdu: “Qeysər səni qorxutmuşdur. O, bu işi görməyəcək və Allah-taala ona bu işi görməyəə mane olacaq. Lakin, bununla belə, çıxış yolu bundan ibarətdir ki, sənətkarları çağırıb onlara əmr edəsiniz ki, bir üzündə tövhid surəsi, digər üzündə isə Peyğəmbərin adı həkk olunmuş sikkə bassınlar. Beləliklə Rum sikkələrinə ehtiyacımız olmayacaq.” Sonra isə sikkələrin ağırlığı və ölçüsü barədə izahat verib buyurdu: “Sikkələrin kəsildiyi şəhər və tarixi də üstünə yazılmalıdır.” Əbdülməlik İmamın (ə) əmrini yerinə yetirdi və bundan sonra müsəlman şəhərlərində yeni sikkələrin dövrədə olduğunu, köhnə sikkələrin isə artıq dövrədən çıxdığını və onları gətirib yeni sikkələrlə dəyişə biləcəklərini elan etdi. Daha sonra Qeysərin elçisinə gördüyü işləri izah edib onu ölkəsinə qaytardı. Qeysər əhvalatı öyrəndikdə nə edəcəyini bilmədi. Sarayında olanlar ondan təhdidini həyata keçirməsini tələb etdikdə o, belə cavab verdi: “Bu iş mənasızdır. Çünki İslam şəhərlərində artıq Rum sikkələrindən istifadə olunmur.” İmam Baqir (ə) bu fövqəladə işi ilə rumluların nüfuzunun qarşısını aldı. İmam Baqir (ə) zamanında Əməvi xəlifələri öz şəxsi işlərilə məşğul olduqlarından və həm də Abbasilərlə hakimiyyət uğurunda mübarizə apardıqlarından o həzrət üçün İslam maarifini yaymaq fürsəti yaranmışdı. İmam (ə) bu fürsətdən istifadə edərək dərs və tədqiqat məclisləri təşkil etməyə başladı və öz məktəbində öz səviyyələrində misilsiz olan tələbələr yetirdi. İmam 114-cü Hicri-qəməri ili Zilhiccə ayının 7-də xəlifə Hişamın əmri ilə zəhərlənərək şəhid olub. İmamın məzarı Bəqi qəbristanlığında, digər üç imamın yanında torpağa tapşırılıb. Bu mübarək gün münasibəti ilə bütün müsəlmanları təbrik edirik, onlara imam Baqir (ə) əxlaqı diləyirik Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 May, 2014 12:10 ⁄ Çap
Bu bölmədə7 Noyabr, 2024 Bu gün Xanım Zeynəbin (s.ə) mübarək mövlud günüdür14 Oktyabr, 2024 Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.12 Oktyabr, 2024 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür21 Sentyabr, 2024 Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür20 Sentyabr, 2024 Bu axşam Rəbiul-əvvəl ayının 17-si daxil olur - Günün əməlləri |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |