Aberon Rayon İcra Hakimiyyətində rayon qadınlarının iştirakı ilə “Qeyri-ənənəvi dini təriqətlər və dinlər” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısının müavini İradə Gülməmmədova bildirmişdir ki, Azərbaycan həm etnik cəhətdən, həm də dini cəhətdən rəngarəng bir dövlətdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik ənənələri bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən davam etdirilir. Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, dini məsələlərdə də “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq ölkədə vətəndaşların öz vicdan azadlıqlarını həyata keçirmələri istiqamətində görülən işlərə daim diqqət və qayğı göstərir. Qeyd edilmişdir ki, Azərbaycanda həmişə müxtəlif millətləri arasında dostluq münasibətləri, dini dözümlülük, tolerantlılıq mövcud olmuşdur.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə din və vicdan azadlığı yaranmışdır. Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra bu münasibətlər daha da yaxınlaşmağa başlamışdır. Bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Buna nümunə olaraq Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı və bir sıra beynəlxalq qurumların təşəbbüsü ilə Bakıda “Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” mövzusunda Beynəlxalq Forumun keçirildiyi göstərilmişdir.
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının qadınlar şurasının sədri Teyyubə Hüseynova bildirmişdir ki, ölkədə fəaliyyət göstərən qeyri-ənənəvi dini qruplaşmalar tolerantlığa zərbə vurur. Bu qruplaşmalar müqəddəs amala xidmət etmirlər. Bir çox hallarda onlar bəzi siyasətçilərin əlində alətə çevrilir, cəmiyyəti uçuruma aparırlar. O, bu tip icmaların fəaliyyətinin qarşısının alınmasının vacibliyini vurğulamışdır.
Seminar-treninq işgüzar müzakirələrlə davam etmişdir.